Mobil versiya
Şamaxı sakini: Prezident İlham Əliyev həmişə xalqa diqqət və qayğı ilə yanaşır
Tarix: 8-02-2019, 16:10 | Saat: 15:47:00
Bölmə:Manşet / Ölkə | çapa göndər

Şamaxı sakini: Prezident İlham Əliyev həmişə xalqa diqqət və qayğı ilə yanaşır


Prezident İlham Əliyev həmişə xalqa diqqət və qayğı ilə yanaşır, insanların problemləri ilə şəxsən maraqlanır. Bunu Trend-ə Şamaxı sakini Nailə Quliyeva deyib.

O qeyd edib ki, bu dəfə də zəlzələdən sonra dövlət başçısı dərhal problemlərin həlli istiqamətində tapşırıqlar verdi:

“Cənab Prezident öz humanistliyini, insansevərliyini nümayiş etdirdi, zəlzələdən sonra şəxsən özü gəlib bizimlə görüşdü, dəymiş zərərlə maraqlandı, lazımi tapşırıqlar verdi”.

N.Quliyeva bildirib ki, Prezidentin Şamaxıya səfəri zamanı insanlarla səmimi, mehriban davranışı qürurvericidir: “Fəxr edirik ki, bizim belə prezidentimiz var. Biz də vətəndaş olaraq hər zaman dövlət başçımızın fəaliyyətini dəstəkləyirik”.

Xatırladaq ki, fevralın 5-də Pirqulu stansiyasından 7 km cənubda Ağsu ərazisində 4,4 bal gücündə zəlzələ qeydə alınıb. Yeraltı təkanların ocağı 10 km dərinlikdə yerləşib. Həmin zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4,3 bala qədər hiss olunub. Həmin gün Pirqulu stansiyasından 9 km cənub-qərbdə İsmayıllı ərazisində də zəlzələ qeydə alınıb.

aia.az



5104 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

25-04-2019
24-04-2019
«    Апрель 2019    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
{sape_links}{sape_article}