Mobil versiya
Tələbə qızın ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA
Tarix: 8-02-2019, 12:34 | Saat: 15:47:00
Bölmə:Karusel / Səhiyyə | çapa göndər

Tələbə qızın ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA



Nərdanə Şirvan qızı Tağızadənin leptospiroz infeksiyasından dünyasını dəyişməsi aparılan lobarator müayinələrin nəticəsində öz təsdiqini tapmayıb.

Bu barədə BakuPost-a Səhiyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, bu infeksiya haqqında məlumat daxil olan kimi, Səhiyyə Nazirliyi məsələni xüsusi diqqət altına alıb.

Dərhal mərhumun evində bütün lazımi müayinələr aparılıb.

"Qeyd edək ki, Leptospiroz çox nadir rast gələn bir xəstəlikdir. Bu infeksiya xəstə heyvanların ifrazatları ilə çirklənmiş ətraf mühit vasitəsilə yayılır.

İnsandan insana keçmir. Aparılmış epidemioloji araşdırmalar və laborator müayinələr nəticəsində xəstəlik təsdiqini tapmayıb.

Ölümün əsas səbəbi mərhumun dünyasını dəyişdiyi tibb müəssisəsinin rəyində açıqlanıb", - deyə nazirliyin açıqlamasında qeyd olunub.

Qeyd edək ki, yanvarın 25-də Bakı Dövlət Universitetinin "Tarix” fakultəsin birinci kurs tələbəsi, 18 yaşlı qızı Nərdanə Şirvan qızı Tağızadənin Yanvarın 25-də vəziyyəti pisləşib və Respublika Klinik Xəstəxanasına yerləşdirilib. Lakin onun vəziyyəti ağırlaşdığı üçün sonradan Babək prospektində yerləşən "Bakı Medical Plaza”ya aparılıb. Həkimlərin səyinə baxmayaraq Nərdanənin həyatını xilas etmək mümkün olmayıb və o, yanvarın 29-da vəfat edib. Qızın anası İlhamə İgidova bildirib ki, həkimlər əvvəlcə N. Tağızadənin H1N1 virusuna, sonra isə heyvanlardan keçən leptospiroz virusuna yoluxduğunu bildiriblər Lakin ölüm kağızında rəsmi olaraq yazıblar ki, N. Tağızadənin dünyasını dəyişməsinə səbəb ağ ciyər və ürək çatışmazlığıdır.

N. Tağızadə ali məktəbə qəbul imtahanında 600 bal toplayıb

aia.az



5192 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

25-04-2019
24-04-2019
«    Апрель 2019    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
{sape_links}{sape_article}