Mobil versiya
İsmayıllı – melioratorlar öz vəzifələrini layiqincə icra edirlər
Tarix: 08-02-2019 | Saat: 12:22
Bölmə:Manşet / Ölkə | çapa göndər

İsmayıllı – melioratorlar öz vəzifələrini layiqincə icra edirlər



Fazil Həsənovun rəhbərlik etdiyi İsmayıllı rayon Suvarma Sistemləri İdarəsinin fəaliyyəti günün tələblərinə uyğun şəkildə qurulub

Məlumdur ki, aqrar sahədə uğur qazanmağın əsas tələblərindən biri də torpaqların suvarma işlərinin vaxtında və yüksək keyfiyyətlə həyata keçirilməsi, meliorativ vəziyyətinin yaxşılaşdırılması ilə bağlıdır. O cümlədən, redaksiyamıza təqdim olunan məlumatlara görə, Fazil Həsənovun rəhbərlik etdiyi İsmayıllı rayon Suvarma Sistemləri İdarəsi də öz fəaliyyətini günün tələbləri səviyyəsində qurur, su təsərrüfatının səlis işləməsi üçün mövcud imkanlardan səmərəli istifadə edir.

İsmayıllılılar 2018-ci ili yüksək göstəricilərlə başa vurublar



Təkcə ötən ilin doqquz ayı ərzində rayonda faktiki qiymətlərlə 193 milyon 33 min manat məbləğində ümumi məhsul istehsal olunmuşdur ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 25 milyon 994 min manat çoxdur. O cümlədən, sənayedə 51,5 faiz, kənd təsərrüfatında 2,2 faiz, tikinti-quraşdırma işlərində 55,1 faiz, nəqliyyat və anbar təsərrüfatında 0,2 faiz, informasiya və rabitədə 10,3 faiz , ticarətdə 4,9 faiz artım əldə edilmişdir. Qeyd edək ki, rayonun mövcud 207372 hektar torpaq sahəsindən 113973 hektarı kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir ki, bundan 32914 hektarı əkin, 1800 hektarı çoxillik əkmələr, 351 hektarı dincə qoyulmuş, 2427 hektarı biçənək, 50895 hektarı örüş, 25586 hektarı isə yay otlaq sahəsindən ibarətdir. İsmayıllı rayonu ənənvi olaraq kənd təsərrüfatının taxılçılıq, heyvandarlıq, üzümçülük, meyvəçilik, tütünçülük kimi sahələrinin inkişaf etdiyi bölgələrimizdəndir. Aydındır ki, bu sahələr üzrə stabil yüksək göstəricilərə nail olmaq üçün vaxtında və effektiv şəkildə yerinə yetirilməsi tələb olunan əsas işlərdən biri də torpaqların suvarma suları ilə təmin olunmasıdır. Bu funksiyalar isə birbaşa olaraq suvarma sistemləri idarəsinin fəaliyyət dairəsinə aid olan vəzifələrdir. Bu baxımdan redaksiyamıza təqdim olunan açıqlamalarda vurğulanır ki, Fazil Həsənovun rəhbərlik etdiyi İsmayıllı rayon Suvarma Sistemləri İdarəsi də öz fəaliyyətini günün tələbləri səviyyəsində qurur, su təsərrüfatının səlis işləməsi üçün mövcud imkanlardan səmərəli istifadə edir. Rayon sakinlərinin, xüsusilə də əhalinin əkinçiliklə məşğul olan hissəsinin ümumi rəyinə görə idarənin kollektivi üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlir. Suvarma kanallarının lildən təmizlənməsi, bəndlərin bərkidilməsi işləri vaxtında və keyfiyyətlə yerinə yetirilir. İdarə rayonda minlərlə hektarlıq ərazidə meliorasiya və su təsərrüfatı sahəsində dövlət xidmətlərini ən yüksək səviyyədə göstərir.

Daşqın və sel sularına qarşı qabaqlayıcı tədbirlər vaxtında həyata keçirilir



İsmayıllı rayonu ərazisindən keçən Göyçayçay, Girdimançay, Ağsuçay, Pirsaatçay və onların saysız-hesabsız qolları başlanğıcını rayonun şimalından: Baş Qafqazın Baş Suayrıcı silsiləsindən götürərək cənuba doğru dərin dərələrlə kəsərək geniş əraziləri əhatə edir. Əsasən yuxarı və orta axarlarında qar və yağış suları ilə, orta və aşağı axarlarında isə yağış və yeraltı sularla qidalanır. Çaylar Yuxarı Şirvan kanalı vasitəsi ilə Kür çayına qovuşaraq suvarmada geniş istifadə olunur. Yaz və payız aylarında daşqınlı və selli olur. Çaylarda əsasən yazda və payızda gursulu dövrlərdə daşqın və sel hadisəsinin baş verməsi nəticəsində, təsərrüfatlara böyük miqdarda ziyan dəymə ehtimalı yüksək olur. Məhz bu kimi halların qarşısının maksimum alınması üçün İsmayıllı rayon Suvarma Sistemləri İdarəsi tərəfindən mütəmadi olaraq qabaqlayıcı tədbirlər həyata keçirilir. Belə ki, idarə tərəfindən təkcə 2018-ci ilin 9 ayında daşqın və sel sularına qarşı mübarizə məqsədilə buldozerlə 295 min kubmetr, ekskovatorla 178 min kubmetr torpaq işi görülmüşdür. Həmçinin idarə tərəfindən 30 ədəd hidrotexniki qurğu təmir olunmuş, suvarma sistemlərinin lildən təmizlənmə işləri həyata keçirilmişdir. Kənar təşkilatların köməyi ilə Girdimançay-Gəraybəyli D-530 mm diametrlik boru xəttinin 360/pm-i əsaslı təmir edilmiş, Talıstan və Diyallı kəndlərindəki nasos stansiyaları su qəbuledici hovuzlar əsaslı təmir olunmuşdur.

Suvarma Sistemləri İdarəsinin fəaliyyəti kimləri qıcıqlandırır..?

Artıq qeyd etdiyimiz kimi, bu gün rayondan aldığımız məlumatlarda da vurğulanır ki, fermerlər, şəxsi təsərrüfat rəhbərləri, su istifadəçiləri İsmayıllı rayon Suvarma Sistemləri İdarəsinin göstərdiyi xidmətlərdən razıdırlar. Bildirilir ki, idarənin balansında olan texnika, avadanlıq və mexanizmlərin saz vəziyyətdə saxlanması daim diqqət mərkəzindədir. Torpaq sahələrinin meliorativ vəziyyətinin yaxşılaşdırılması məqsədilə kollektor dren şəbəkəsi mütəmadi olaraq təmizlənir, elektrik mühərriklərinin, nasos aqreqatlarının, hidrotexniki qurğuların, nasos stansiyalarının, hidropostların əsaslı və cari təmiri həyata keçirilir.



Lakin bütün bunlarla yanaşı, təəssüflər olsun ki, bu gün hətta İsmayıllının özündə belə sözügedən idarənin uğurlu fəaliyyətinə qısqanclıqla yanaşanar da var. Oxşar problemlərə münasibət bildirərkən, aia.az saytı olaraq, biz artıq digər yazılarımızda da qeyd etmişik ki, son zamanlar Azərbaycanın bəzi mətbu orqanları tərəfindən müxtəlif sahələri təmsil edən insanlar barədə öz səhifələrində müəyyən dövr ərzində ardıcıl olaraq “ifşaedici” yazılar dərc etmək artıq bir tendensiya halını alıb. Aydındır ki, belə materialların əksəriyyəti obyektivlikdən uzaq, kimlərinsə sifarişi əsasında tərtib olunmuş yazılar olur. O cümlədən, son vaxtlar İsmayıllı rayon Suvarma Sistemləri İdarəsinin rəhbərliyi də bu kimi “hücumlara” məruz qoyulur. Ehtimal edilir ki, həmin böhtan xarakterli yazıların sifarişçisi özü də məhz İsmayıllı rayonunda yerləşib. Belə təxmin etmək olar ki, mətbuatda idarənin rəhbərliyi haqqında böhtan xarakterli yazılar dərc etdirməklə, sifarişçi əslində Suvarma Sistemləri İdarəsinin fəaliyyətini əngəlləmək və bəlkə də, bu yolla rayonda fəaliyyət göstərən müəyyən konkret təsərrüfatların işinə ziyan vurmaq niyyətindədir...

İstənilən halda, hər hansı bir kütləvi informasiya vasitəsinin bu kimi məqsədlər güdən insanların əlində alətə çevrilməsi nə ümumilikdə mətbuatımıza, nə də konkret olaraq həmin orqanın özünə baş ucalığı gətirməz.

aia.az
Abbas Abbasov
Elbrus Bağırov



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024