Mobil versiya
İmişlidə Meliorasiya və Su Təsərrüfatı ASC-nin struktur bölmələri yüksək səmərəliliklə fəaliyyət göstərir
Tarix: 06-02-2019 | Saat: 16:39
Bölmə:Manşet / Ölkə / Seçilənlər-5 | çapa göndər

İmişlidə Meliorasiya və Su Təsərrüfatı ASC-nin struktur bölmələri yüksək səmərəliliklə fəaliyyət göstərir




Fermerlər və yerli sakinlər Mərkəzi Muğan Kollektorunun İstismarı İdarəsinin işindən razılıq edirlər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə son illərdə meliorasiya və irriqasiya sahəsində böyük uğurlar əldə olunub. Bu çərçivədə 2003-cü ildən geniş vüsət alan yenidənqurma tədbirləri meliorasiya və irriqasiya sahəsinin müasir səviyyəyə çatmasına imkan yaradıb.

Ölkədə meliorasiya və irriqasiya sistemlərinin normal istismarı təmin edilib

Ötən illərdə olduğu kimi 2018-ci ildə də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən meliorasiya və irriqasiya sistemlərinin normal istismarının təşkili, tələb olunan həcmlərdə təmir-bərpa işlərinin görülməsi, suvarılan torpaqların su təminatının və onların meliorativ vəziyyətinin yaxşılaşdırılması, sel və daşqın sularına qarşı mübarizə tədbirlərinin davam etdirilməsi sahəsində müvafiq tədbirlər işlənib həyata keçirilib. Hesabat ilində Kür, Araz və onlara qovuşan dağ çayları boyunca salınan torpaq mühafizə bəndlərinin 133 km-lik hissəsində möhkəmləndirmə işləri görülüb və 3890,0 kbm həcmində daş və beton məmulatları ilə sahilbərkitmə işləri yerinə yetirilib. Suvarma sistemlərində və kollektor-drenaj şəbəkələrində 62,0 mln.kbm həcmində lildən təmizləmə işləri görülüb, 5837 hidrotexniki qurğu, 5203 subartezian quyusu, 276 nasos stansiyası təmir edilib. Çay məcralarında 17,2 mln.kbm həcmində məcratəmizləmə işləri aparılıb, 10,3 min kbm şax-daş və faşın, 2,9 min kbm qabion bəndlər quraşdırılıb və daş-beton bəndlərdə 18,4 min kbm həcmində təmir işləri yerinə yetirilib. Görülən tədbirlər nəticəsində suvarılan torpaq sahələri əsasən suvarma suyu ilə tam təmin edilib. Respublika üzrə bütün kənd təsərrüfatı bitkiləri 1392,8 min hektar sahədə orta hesabla 3,2 dəfə suvarılıb. 2018-ci il ərzində bütün mənbələrdən, o cümlədən dövlət büdcəsindən, Dövlət Neft Fondundan və Dünya Bankından ayrılmış vəsaitlər hesabına 16 ədəd yeni və 28 ədəd keçid obyektlərində layihələndirmə, əsaslı tikinti-quraşdırma, yenidənqurma və bərpa işləri görülüb.




Ötən il İmişli rayonunda Araz çayının yeni qol-kanalı istifadəyə verilib

Son illərdə həyata keçirilən mühüm layihələrdən biri də Araz çayının yeni qol-kanalının istifadəyə verilməsidir. Bu layihənin icrası Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qeyri-neft sektorunun, o cümlədən aqrar sahənin inkişafına sanballı töhfələr verəcək, yaradılan və yaradılacaq aqroparkların, iri fermer təsərrüfatlarının və müasir heyvandarlıq komplekslərinin suvarma suyu ilə təminatında böyük rol oynayacaq. Araz çayının yeni qol-kanalının istifadəyə verilməsi bu istiqamətdə həyata keçirilən növbəti uğurlu və tarixi layihədir. Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, hələ 2010-cu ildə Kür-Araz çaylarında baş vermiş sel və daşqınların yaratdığı təhlükələrin qarşısını almaq məqsədilə Araz çayının gursulu illərdə çayda baş verə biləcək daşqınlardan yaranacaq fəlakətlərin qarşısını almaq və onun sərfinin bir hissəsinin İmişli və Biləsuvar rayonlarının ərazisindən keçirməklə



Mahmudçalaya, oradan isə Qızılağac qoruğunun ərazisi ilə Xəzər dənizinə axıdılması üçün ümumi uzunluğu 130 kilometr olan Araz çayının yeni qol-kanalının tikintisi nəzərdə tutulmuşdu. Həmin işlərin 4 mərhələdə həyata keçirilməsi planlaşdırılmışdı. Hazırda onun birinci mərhələ üzrə baş suqəbuledici qurğu daxil olmaqla, 5 kilometrlik hissəsinin tikintisi başa çatdırılıb. Tikilmiş baş suqəbuledici qurğu və yeni qoldan istifadə etməklə Saatlı, İmişli və Biləsuvar rayonlarının 53 min hektar torpaq sahələrinin suvarılması üçün 54,2 kilometr uzunluğunda kanalın hidrotexniki qurğularla birgə inşası həyata keçirilib. Kanalın başlanğıcda suburaxma qabiliyyəti saniyədə 46, sonda isə 24 kubmetr təşkil edir. Kanal üzərində 84 müxtəlif təyinatlı hidrotexniki qurğu, o cümlədən 14 avtomobil körpüsü inşa olunub.

İmişlidə Mərkəzi Muğan Kollektorunun İstismarı İdarəsinin işini yüksək qiymətləndirirlər

Məlum olduğu kimi, Meliorasiya və Su Təsərrüfatı ASC-nin önəmli struktur bölmələrindən olan Magistral kollektorların istismarı idarələri meliorasiya olunmuş 610,4 min ha suvarılan sahələrdən duzlu qrunt sularının Xəzər dənizinə axıdılmasını həyata keçirir. Həmçinin bu idarələr magistral, birinci və ikinci dərəcəli kollektorların və onların üzərindəki qurğuların və nasos stansiyalarının istismarı, təmiri və təmizlənməsi ilə məşğul olur. Hazırda ASC-nin nəzdində beş, Salyan rayonunda Baş Mil-Muğan, Şirvan şəhərində Baş Şirvan, Kürdəmir rayonunda Mil-Qarabağ və Aşağı Şirvan, İmişli rayonunda Mərkəzi Muğan kollektorlarının, Salyan rayonunda Aşağı muğan meliorativ sistemlərinin istismarı idarələri fəaliyyət göstərir.



İmişli rayonunda fəaliyyət göstərən Mərkəzi Muğan Kollektorunun İstismarı İdarəsinin rəisi Qasım Qasımovdur. Qasım müəllimin rəhbərlik etdiyi bu idarə əsasən torpaqların suvarılmasında istifadə olunan kollektor və dren şəbəkəsinin təmiri işləri ilə məşğul olur, eyni zamanda da yerli fermerlərin suya olan ehtiyaclarının ödənilməsinə köməklərini heç zaman əsirgəmirlər. Meliorasiya və Su Təsərrüfatı ASC-nin idarələrinin fəaliyyətində spesifik cəhətlərdən biri də budur ki, həmin bu fəaliyyət öz təsirini bilavasitə yerli sakinlərin, torpaqda çalışan insanların işində göstərir. İstər fermer təsərrüfatı olsun, istərsə də sadəcə həyətyanı sahə - fərq etməz, bütün hallarda torpağa, əkin və heyvanlara su lazımdır. Suyun fasiləsiz verilməsinin təmini üçün isə, kollektorların, onların üzərindəki qurğuların və nasos stansiyalarının, dren şəbəkələrinin saz vəziyyətdə saxlanması vacib şərtdir. Məhz bu baxımdan da, İmişli fermerləri və yerli sakinlər Mərkəzi Muğan Kollektorunun İstismarı İdarəsinin işindən razılıq edirlər. Aldığımız açıqlamalarda xüsusi olaraq vurğulanır ki, Qasım Qasımovun rəhbərlik etdiyi bu idarə təsərrüfatların su təminatı ilə bağlı bütün məsələləri vaxtında və effektiv şəkildə həll edir. Bu səbəbdən də torpaqların suvarılmasında demək olar ki, heç bir problem yaranmır.

Təbii ki, bütün bu işlərin vaxtında və səmərəli şəkildə həyata keçirilməsi üçün böyük zəhmət, iş təcrübəsi və peşəkarlıq tələb olunur. Tam səmimi olaraq demək olar ki, Mərkəzi Muğan Kollektorunun İstismarı İdarəsinin rəisi Qasım Qasımov bütün bu keyfiyyətləri özündə cəmləyə bilmişdir.

aia.az
Abbas Abbasov
Elbrus Bağırov



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024