Mobil versiya
“Radikal müxalifət mitinqdən qarşıdurma yaratmaq üçün istifadə edir”
Tarix: 5-02-2019, 17:51 | Saat: 15:47:00
Bölmə:Manşet / Gündəm | çapa göndər

“Radikal müxalifət mitinqdən qarşıdurma yaratmaq üçün istifadə edir”


Bu gün Yeni Azərbaycan Partiyasında gənclərlə görüş keçirilib.

Azadinform xəbər verir ki, Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini – İcra katibi Əli Əhmədov görüşdə bildirib ki, fevral ayının 1-də Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev 2 Fevral Gənclər Günü münasibətilə gənclərlə böyük bir toplantı keçirdi, onlara öz tövsiyələrini verdi, gənclərin dövlətin diqqət mərkəzində olması ilə bağlı mesajlarını çatdırdı: “Azərbaycan Prezidenti gənclərlə dialoqa böyük önəm verir. Bütövlükdə əhali ilə dialoqun qurulması Azərbaycanda həyata keçirilən siyasətin əsas istiqamətlərindən biridir. Bir halda ki siyasətin əsas qayəsini insanlara qayğı təşkil edir, onlarla dialoq mühüm əhəmiyyət kəsb edir. İnsanların arzu və istəklərini bilmədən onlara düzgün xidmət göstərmək çətin olar. Cənab Prezident çox tez-tez Azərbaycanın müxtəlif guşələrinə səfər edir və vətəndaşlarla görüşür, onlarla dialoq qurur ki, istək və arzularını öyrənsin və bunu həyata keçirilən siyasətdə nəzərə alsın. Bu mənada gənclərlə olan görüş də xüsusi önəm təşkil edir”.

YAP sədrinin müavini qeyd edib ki, partiyanın sıralarında çoxlu sayda gənclər var: “YAP-ın 700 mindən çox üzvünün əksəriyyəti gənclərdir. Hər il partiyaya 25-30 min arasında yeni üzvlər qəbul olunur və bu üzvlər arasında gənclər üstünlük təşkil edir. Bu o deməkdir ki, gənclər Heydər Əliyev irsini öyrənməyə önəm verir, Prezident İlham Əliyevin siyasətini dəstəkləyir və bunu YAP-a üzv olmaqla nümayiş etdirirlər”.

Ə. Əhmədovun sözlərinə görə, seçki kampaniyalarının uğurla baş tutmasına da gənclər böyük töhfələrini verirlər: “Bütün bunların hamısı ondan xəbər verir ki, gənclər YAP-ın fəaliyyətinə dəstək verirlər. Bizim də gənclərdən gözləntilərimiz odur ki, yaxşı oxusunlar, biliklərə yiyələnsinlər, yaxşı mütəxəssislər olsunlar. Ən əsası gənclərimiz vətənpərvər olmalıdır. Harda olmalarından asılı olmayaraq vətənpərvərlik prinsipi əsasında davranmalıdır. Gənclər, eyni zamanda ictimai-siyasi həyatda da fəal olmalıdırlar, çünki bugünkü gənclər gələcək siyasətçilərdir, idarəedicilərdir”.

YAP-ın icra katibi vurğulayıb ki, partiya öz imkanları çərçivəsində gənclərə şərait yaradır ki, fəallıqlarını nümayiş etdirsinlər: "2019-cu ilin dekabrında növbəti bələdiyyə seçkiləri keçiriləcək. Biz çalışacağıq ki, fəal gənclərimiz seçkidə namizəd qismində iştirak etsin və özlərini sınasınlar. Bununla da ölkənin ictimai-siyasi həyatında daha yaxından iştirak etmək imkanları əldə etsinlər”.

Azərbaycanın inkişafını gözü götürməyən qüvvələrin olduğunu vurğulayan Baş nazirin müavini qeyd edib ki, onlar bundan qıcıqlanır, bizim inkişafımızdan məyus olurlar: “Müxtəlif formada inkişafın qarşısını almaq üçün tədbirlər görməyə çalışırlar. Bəlkə də bunu normal qəbul etmək olar. Çünki inkişaf edən dövlətə ayrı-ayrı dövlətlərin və yaxud ayrı-ayrı beynəlxalq təşkilatların qıcıqlanması bir qədər başa düşüləndir. Başa düşülməyən isə odur ki, ölkəmizin daxilində olan və müxalifət adı altında Azərbaycana böhtan atan, reallıqları təhrif edərək vətəndaşları çaşdırmağa çalışanlar var. Mən cəmiyyətin çox cüzi hissəsini təşkil edən radikal müxalifətə demək istəyirəm ki, Azərbaycanda söz azadlığı təmin edilir. Ancaq bundan sui-istifadə edərək Azərbaycanda qarşıdurma yaratmağa çalışan, ölkədəki sabitliyi pozmaq niyyətinə düşən qüvvələr də var”.

Ə.Əhmədov qeyd edib ki, müxalifətin bir hissəsi olan radikal müxalifət mitinqdən qarşıdurma yaratmaq üçün istifadə edir: “Onlar söz və fikir azadlığından Azərbaycan xalqını təhqir etmək üçün istifadə edirlər. Onlar öz siyasi fəaliyyətlərində Azərbaycan üçün mümkün ola biləcək ən pis ssenariləri əsas götürürlər. Azərbaycana düşmən mövqedə duran istənilən xarici qüvvələrlə sinxron fəaliyyət göstərirlər. Bəzi hallarda bir yerdə də fəaliyyət göstərirlər və onların tapşırıqlarını yerinə yetirirlər. Bu mənada Yeni Azərbaycan Partiyasının sıralarında olan gənclər bu həqiqətləri öz həmyaşıdlarına, dostlarına izah etməyə borcludurlar. Bu, partiya üzvü olaraq onların daşıdığı vəzifədir”.



aia.az



5232 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

20-09-2019
19-09-2019
«    Сентябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30