Mobil versiya
Külli miqdarda dolların Azərbaycandan çıxarılmasının qarşısı alındı
Tarix: 05-02-2019 | Saat: 11:51
Bölmə:Cəmiyyət | çapa göndər

Külli miqdarda dolların Azərbaycandan çıxarılmasının qarşısı alındı


Xarici valyutanın qanunsuz yolla çıxarılması cəhdinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən aia.az-a bildirilib ki, Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə daxil olmuş əməliyyat məlumatına əsasən, "Berkarar” Ro-Ro tipli gəmi vasitəsilə Türkmənistana getmək istəyən "Toyota Hilux” markalı nəqliyyat vasitəsinin sürücüsü və sərnişini Beynəlxalq Dəniz Ticarət Limanının Bakı terminalının ərazisində yerləşən gömrük postuna daxil olub. Gömrük sərhədini keçən zaman onlar üzərilərində 9700 ABŞ dolları və 8500 dollar valyutanı şifahi formada bəyan ediblər, bu məbləğlərdən əlavə valyutanın olmadığını bildiriblər.

Lakin, hər iki vətəndaşın hərəkətləri şübhə yaratdığı üçün gömrük yoxlamasının keçirilməsi zərurəti yaranıb. Yoxlama zamanı "Toyota Hilux” markalı nəqliyyat vasitəsinin sükanından aşağıda, zavod istehsalı quruluşuna aid çıxıntılı hissəsinin gözlə görünməyən arxa tərəfində, aşkar edilməni çətinləşdirən üsuldan istifadə etməklə gizlədilən və gömrük orqanına bəyan edilməyən 9600 dollar aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024