Mobil versiya
Çeyz Kerri: 2019-cu il mövsümündə "Formula 1" yarışında müəyyən dəyişikliklər olacaq
Tarix: 05-02-2019 | Saat: 11:13
Bölmə:İdman | çapa göndər

Çeyz Kerri: 2019-cu il mövsümündə "Formula 1" yarışında müəyyən dəyişikliklər olacaq


2018-ci il mövsümünün yekunlarına əsasən Azərbaycan Qran Prisi "Formula 1" yarışları arasında ən çox şöhrət qazanıb, eyni zamanda Bakı möhtəşəm idman məkanıdır. Trend-in məlumatına görə, bunu "Formula 1" Şirkətlər Qrupunun baş icraçı direktoru Çeyz Kerri deyib.

Ç.Kerri bildirib ki, "Formula 1" Azərbaycanla əməkdaşlıqdan məmnundur və bu tərəfdaşlığa böyük önəm verir: “Qonaqpərvərliyə görə minnətdarlığımı bildirirəm. Azərbaycanda keçirilən bu yarış "Formula 1" yarışları arasında öz yerini tutur”.

İcraçı direktor qeyd edib ki, 2019-cu il mövsümündə "Formula 1" yarışında müəyyən dəyişikliklər olacaq: “2019-cu ildə artıq siz yeni pilotlar görəcəksiniz, komandalarda, təşkilatçilarda dəyişikliklər olacaq. Bunların hamısı yarışın daha yüksək səviyyədə keçirilməsinə xidmət edir”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024