Mobil versiya
Sumqayıtda polislər bir ailənin həyatını xilas edib - FOTO
Tarix: 01-02-2019 | Saat: 17:58
Bölmə:Ölkə | çapa göndər

Sumqayıtda polislər bir ailənin həyatını xilas edib - FOTO



Hər gün ayrı-ayrı vətəndaşlardan Daxili İşlər Nazirliyinə çoxsaylı təşəkkür məktubları daxil olur.

Nazirlikdən aia.az -a verilən məluma əsasən, Sumqayıt şəhər sakini Sahib Ağayev yazır ki, ŞPİ Post-Patrul Xidmətinin əməkdaşları - polis baş serjantı Elnur Abdullayev, polis serjantları Bəxtiyar Xəlilov və Hikmət Yunuszadə onların həyatını xilas ediblər.

H.Z.Tağıyev qəsəbəsində yaşayan S.Ağayev bildirir ki, yanvarın 18-də saat 4.25-də qapının möhkəm döyülməsinə oyanıb. Qapını polis əməkdaşlarını görəndə əvvəl çox həyəcanlanıb. Amma, sən demə, onlar həmin vaxt uzaqdan evdən qatı tüstü qalxdığını müşahidə etdiklərindən mənzilin sakinlərinə köməklik göstərmək, onların bayıra çıxarılmasını təmin etmək üçün yaxınlaşıblar. Yanğın baş verən otaqda ev sahibinin yaşlı anası yatıbmış. Polislər dərhal həmin otağa daxil olub, onu boğulmaqdan xilas ediblər.

Yağınla əlaqədar əməkdaşlar dərhal ŞPİ-nin Növbətçi Hissəsinə, Təcili Tibbi Yardıma və Fövqəladə Hallar Nazirliyinin Regional Yanğınsöndürmə İdarəsinə xəbər verdiklərindən onların da təmsilçiləri hadisə yerinə gəliblər, yanğınsöndürənlər alovun qonşu evlərə keçməsinin qarşısı alınıb.

Sahib Ağayev bir ailənin həyatını xilas etdiklərinə görə polislərimizə minnətdarlıqlarını bildirir, insanların həyat və sağlamlıqlarının qorunması istiqamətində də ayıq-sayıqlıq, uğurlu xidmət arzulayır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024