Mobil versiya
İntiqam Babayev: “Gənclərin az da olsa təsirə düşməsi bizi narahat edir”
Tarix: 01-02-2019 | Saat: 17:48
Bölmə:Gündəm | çapa göndər

İntiqam Babayev: “Gənclərin  az da olsa təsirə düşməsi bizi narahat edir”


"Bu gün Azərbaycan gənclərinin hər biri ideal deyil. Təəssüf ki, Azərbaycanda narkomaniyaya düşən və ya digər çəngi cəhətləri olan gənclərimiz də var. Lakin onların böyük əksəriyyəti sağlam, ürəyi açan mövqedədir".



Modern.az xəbər verir ki, bunu gənclər və idman nazirinin müavini İntiqam Babayev 2 Fevral - Gənclər günü ilə bağlı mətbuat nümayəndələri ilə görüşdə deyib.

Nazir müavini qeyd edib ki, 2019-cu ildə gənclər sahəsində mövcud olan iki dövlət strategiyası çərçivəsində 19 kateqoriyada gənclərlə iş nəzərdə tutulur.

"Burada texnologiya, elm məsələsi, elmdə olan gənclərə dəstək verilməsi layihələri, onları stimullaşdırılması və s. işlər daxildir. Nazirliyin 25 illi ilə bağlı beynəlxalq çərçivədə tədbir keçirmək niyyətindəyik. Bir sıra beynəlxalq tədbirlərin keçirilməsi, ekoloji maarifləndirmə, tələblərə iş, sağlam həyat tərzi, kompüter texnologiyaları və s. tədbirlərin keçirilməsi nəzərdə tutulur".

İ.Babayev bildirib ki, nazirliyin balansında olan 12 Gənclər evində kifayət qədər fəallıq var və burada gənclər üçün göstərilən xidmətlər tam təmannasızdır.

Nazir müavini deyib ki, gənclərin əsas diqqəti idman olmadıqda toxuçuluq, rəsm, rəqs, dil kurslarına olur.

"Bu gün radikallıq qrupların, eləcə də xarici qüvvələrin təsirinə düşən gənclərimiz az da olsa var. Lakin az olsa belə bizi narahat edir. Çıxış yolu gənclərimizi maarifləndirməkdir onları yönəltməkdir. Bir çox xarici qüvvələr milli maraqlara söykənən milli dövətlətçilik siyasətini həyata keçirməyi qəbul etmirlər. Bu, onları qıcıqlandırır".



aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024