Mobil versiya
“Söyüş söyürsə, cavabını verməliyik” - Siyavuş Novruzov deputatları sərt tənqid etdi
Tarix: 1-02-2019, 17:13 | Saat: 15:47:00
Bölmə:Manşet / Gündəm | çapa göndər

“Söyüş söyürsə, cavabını verməliyik” - Siyavuş Novruzov deputatları sərt tənqid etdi


"Siyasi partiyalarla bağlı yeni qanun qəbul edilməlidir. Azərbaycanda bəzi siyasi partiyalar Mərkəzi Seçki Komissiyalarına maliyyə hesabatı vermirlər. Guya onların maliyyəsi yoxdur? Amma ətraflarında xeyli sayda köməkçi, cangüdən saxlayırlar. Bu maliyyə mənbələri açıqlanmalıdır”.

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.

"Pulla adam saxlamaq, iğtişaş yaratmaq, mitinq keçirməyin mənbəyi məhz o qaranlıq mənbədə, şirədədir. O şirə bağlanmayınca, davam edəcəklər. Onlara madiyyat verənlər tapşırıqlarını da verirlər. Pul verən tapşırıq verməlidir. Onlar da canla-başla vətənə, dövlətə qarşı çıxırlar. Həmin insanlar üçün xalq, dövlət anlayışı yoxdur, maddi anlayış var. Bu məsələlər qanunvericiliklə tənzimlənməlidir, qarşısı qəti şəkildə alınmalıdır”- S.Novruzov bildirib.

Onun sözlərinə görə, xaricdə ermənidən pul alanlar da bu şəkildə fəaliyyət göstərirlər: "Hamımız birlikdə mübarizə aparmalıyıq. Bəzən Milli Məclis haqqında söz deyilir, bəzi deputatlar yaxalarını kənara çəkir, deyirlər ki, bizə aidiyyatı yoxdur. Bu deyilən söz bütün deputatlara aiddir. Əgər bizə söz deyilirsə, biz onlardan 20 dəfə artıq deməliyik. Başa düşsünlər ki, onlar bizlə qarşı-qarşıya gəlmək gücündə deyillər. Onlarınki yalnız söyüşdür. Söyüş söyürsə, qarşılıqlı cavabını verməliyik”.

Komitə sədri sosial şəbəkələrlə bağlı iradını bildirib: "Bəzi hallarda təhqirlər anonim adlar altında yazılır. Bununla da mənəvi terror həyata keçirirlər. Bu, onların ağlının məhsulu deyil, xaricdə oturan bəzi dairələrin göstərişidir. Onlar bilmir ki, 25-30 ildir, siyasətlə məşğuluq, mexanizmi də çox yaxşı bilirik. Onlar bu cür addımlarla bizi qlobal siyasətimizdən döndərə bilməzlər”. (Report)

aia.az



5204 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

20-11-2019
19-11-2019
«    Ноябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930