Mobil versiya
“Milli Məclis Avropa Parlamentinə etiraz məktubu ünvanlamalıdır”
Tarix: 01-02-2019 | Saat: 15:50
Bölmə:Siyasət | çapa göndər

“Milli Məclis Avropa Parlamentinə etiraz məktubu ünvanlamalıdır”


“Milli Məclis Mehman Hüseynovun məsələsini bayraq edib Azərbaycana qarşı kəskin iddialarla qətnamə qəbul edən Avropa Parlamentinə etiraz məktubu ünvanlamalıdır”.



Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fəzail Ağamalı deyib. Deputat təəssüflə qeyd edib ki, Avropa Parlamenti, beynəlxalq təşkilatlar Ermənistanda baş verənlərə münasibət bildirmir:



“Ermənistan həbsxanasında aclıqdan ölən siyasi fəal barədə müzakirə aparılmadı. Avropadakı təşkilatlar Ermənistanı müdafiə etməklə onların Azərbaycana qarşı işğalçılıq siyasətini stimullaşdırırlar. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ikili yanaşma mövcuddur. Bu, onların bir daha xristian təəssübkeşliyinin nümayişidir”.



Deputatın sözlərinə görə, etiraz məktubunda tələb edilməlidir ki, ikili standartlara son qoyulsun.



“Azərbaycan gücləndikcə, nüfuzu artdıqca, islahatlar dərinləşdikcə anti-milli qüvvələr hücuma keçirlər”.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024