Mobil versiya
Ən baxımlı kanal
Tarix: 01-02-2019 | Saat: 15:49
Bölmə:Gündəm | çapa göndər

Ən baxımlı kanal




Azad Azərbaycan Teleradio Yayım Şirkəti" 13 may 1998-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb, 25 dekabr 2000-ci il tarixində isə yayıma başlamışdır. İlk efir vaxtlarında yayım saatını əsasən kliplər, bədii və cizgi filmlər təşkil edirdi. Fəaliyyətə başladığı gündən gözəl layihələri ilə, rəngarəng proqramları ilə tamaşaçılarının sevgisini, rəğbətini qazanmış əyləncəli televiziyamız Azad Azərbaycan televizyası ( Atv) ölkəmizdə ən reytinqli televiziyadı. Hətta bütün türk dünyasının ən reytinqli kanalları ilə rəqabət aparır. Verilişlərində həmişə keyfiyyətə üstünlük verirlər. Atv kanalı təkcə əyləncəli, şou xarakterli verilişlər hazırlamır. Bəzi tvlərdən fərqli olaraq Atv müxtəlif səpkili verilişlər hazırlayır. Səhərimizi həftə içi beş gün 7:45 də "Atv səhər"lə başlayaraq düz iki saat ərzində ölkəmizdə və dünyada baş verən mühüm hadisələrdən xəbərdar oluruq. Az müddətdə yayınlanmağına baxmayaraq tamaşaçının çox sevdiyi "Şou Atv" verilişində sevimli Nanə xanım sənətkarların şəxsi həyatından, yaradıcılığından 2 saat ərzində maraqlı sujetlər təqdim edir. "Nanəli" verilişində də retro mahnılarımıza, muğamlarımıza geniş yer ayırır. "Nanəli" verilişi artıq bütün dünyada izlənən verilişlərdən biridi. Atv kanalında sosial proqram da fəaliyyət göstərir ki, o da "Bizimləsən" layihəsidi. Əməkdar Mədəniyyət işçisi Zaur Baxışəliyevin rəhbərliyi ilə bu layihə düz beş ildi ki, Atvdə həftə içi beş gün saat 15: 50-dən 19:20 - cən yayınlanır. Zaur müəllim bu verilişində bir xeyirxah insan kimi neçə xəstələrin sağalmasına yardımçı olur, neçə xəstələrin sağalmasına kömək edir. "Bizimləsən" verilişi ümidsizlərin, çarəsizlərin verilişidi. Göydə Allaha, yerdə Zaur müəllimin ən reytinqli verilişi " Bizimləsən" verilişinə sığınan çoxdu. Ümid sonda ölür. Kimsəsizlər ümid var deyə hər zaman bu verilişə üz tuturlar. Neçə xəstələrin sağalmasında, ayağa qalxmasında bu verilişin rolu böyükdü. Bir qəlbi şad edib, sevindirmək gedib Məkkəni, Mədinəni, Həcci ziyarət etməkdən daha üstündü. Zaur müəllimin ürəyi böyükdü. Öyrəşib ki, xalqının nümayəndələrinə həmişə sevinc bəxş eləsin. Bu veriliş tək xəstələrin sağalmasına kömək etmir. Həm də neçə itkinlərin tapılmasında, gözü yolda qalanlara kömək edir. İranda yaşayan İran azərbaycanlıların Azərbaycandakı qohumlarının 105 ildən sonra tapmasıyla "Bizimləsən" sosial proqramı bütün tele kanallardakı sosial proqramları bir daha kölgədə qoydu. Bu rekord göstərici bir daha sübut etdi ki, həqiqətən "Bizimləsən" verilişi əsl xalqın verilişidi. Necə deyərlər, "balığı at dəryaya, balıq bilməsə də xaliq biləcək". Dilindən heç vaxt Allah kəlməsi düşməyən Zaur müəllimin həqiqətən bu xalq üçün etdikləri danılmazdı. Dəfələrlə "Bizimləsən" Zaur müəllim və komandası gecəsini gündüzünə qatıb işgüzar, əməksevər komandası ilə dayanmadan, usanmadan, yorulmadan çalışması göz qabağındadı. Dəvət etdiyi ekspertlər də bu gözəl layihənin şəffaflığına, dəqiqliyinə qərəzsizliyinə şahiddilər. Arzuların çin olduğu, həsrətlərin bitdiyi nə yaxşı ki, " Bizimləsən" layihəsi var. Zaur müəllimin həyat yoldaşı Günay xanım da aparıcıdı. Beş gün çətin iş həftəsindən sonra həftə sonu şənbə və bazar Zaurla Günaydın proqramı səhər saat 10:00 da 12:15 -ə kimi xalqımızın istirahətini tam təmin edirlər. Dilavər adında bir qızları var. Allah qorusun.
Bir başqa kanaldan gəlməyinə baxmayaraq Atv kanalında artıq doğmalaşan, özünəməxsus, gözəl aparıcılığı ilə yaddaşlarda qalan Mətanət xanım Əliverdiyeva həftə içi beş gün saat 12:15-də "5 gəlin" layihəsi , çərşənbə axşamı axşam saat 22:00 - da "Ən yaxşısı" layihələri ilə xalqımızın görüşünə gəlir. Müğənni Roza Zərgərlinin Bakı vaxtilə layihəsi də Atvnin çox uğurlu layihələrindən biridir. Çərşənbə axşamı gecə saat 00:00-da sevə-sevə baxdığım proqramlardan biridir. Roza xanımın Bakı vaxtı ilə proqramının üstünlüyü həm də ondadır ki, unudulmuş sənətkarlarımızı, incəsənət xadimlərimizi ailələri ilə birgə yad edib, xatırlayırlar.
21 dekabr 2015-ci il tarixində "ATV Plus"da " HD" yayıma başlamışdır. "Azad Azərbaycan HD" kanalı ölkənin hər yerindən hətta ucqar, dağlıq ərazilərdə də Atv kanalının möhtəşəm verilişlərinə baxmaq mümkündü.
4 yanvar 2016 -cı il tarixindən etibarən Rusiyanın "NTV Plus" kabel televiziyasında yayımlanır.
Xəbərlər Departamenti
2012: - "ATV Xəbər"
2012: - "ATV Həftə Sonu"
2013-2015; 2018: - "ATV OLAY" (Mətanət Əliverdiyeva, Aytən Səfərova)
2013-2015; 2018: - "ATV AKTUAL" (Aytən Əhmədova, Ariz Tarverdiyev)
"ATV xəbər"in aparıcıları
Ariz Tarverdiyev
Əsmər Nəcməddinqızı
Ceyhun Səfərov
Aytən Səfərova
Pərvin Əsgərli
Lalə Azərtaş
İndi yayımlanan verilişlər
2014: - "BizimləSən " (Zaur Baxışəliyev)
2011-2015: - "Səni Axtarıram " (Xoşqədəm Hidayətqızı)
2000: - "ATV Maqazin Onlarla" (Afaq Gəncəli)
2011: - "10 yaş cavanlaş" (Vüsalə Yüksel Tağıyeva)
2011: - "Çox Yaşa" (Sevda Güləhmədova, Dr.Vasif İsmayıl, Arif Qurşumov)
2012: - "Gülmək qadağandır" (Tünzalə və Ülviyyə Əliyeva)
2004: - "Şarm" (Samirə Rüstəmova, Aydan Axundzadə)
2008-2010; 2017-2018: - Kim Kimdir? ( Azər Axşam ,
Vüsal Murtuzəliyev )
2010: - "Azərbaycan sirləri" (Elçin Əlibəyli., İlham Tumas)
2012: - "ATV səhər" ( Azər Axşam , Jalə Həsənli, Yusif Ağayev , Lalə Azərtaş)
2012: - "Football Time"
2009: - "CinemATV" (Günay Baxışəliyeva, Nərgiz Məmmədova, Kəmalə Piriyeva)
2010: - "Gizli tarix" (İlham Tumas)
2009: - "Gün keçir" (Murad Arif, Günay Firudinqızı, Nanə Ağamalıyeva)
2010-2012; 2016-2017: - "Tanıdım səni" (Zaur Baxışəliyev)
2012-2014: - "Nə xəbər?" (Orxan Fikrətoğlu)
2012-2013: - "Sönməyən ulduzlar" (İradə İsaq)
2009-2013: - "Süfrəmiz " (Mirsalam Mirsalamov, Elnarə Xəlilova)
2012-2015: - "Texno Park" (Zaur Əliyev)
2012: - "İsti izlər"
2012-2013: - "Şən bazar" (İlhamə Bədəlova)
2008-2013: -
2012: - "İnanılmaz"
2012: - "Cəsur gözəllər meydanı" (Tural Əsədov)
2011: - "Auto Time
2012: - "Sən və mən" (Zülfiyyə Xanbabayeva və digərləri)
2012: - "Məqsəd tələbə" (Günay Baxışəliyeva)
2007-2013: - "LG-bilik akademiyası" (Elçin Əlibəyli, Samirə Mustafayeva)
2013-2015: - "Alma Almaya Bənzər"
2013: - "Sınaq"
2013-2015; 2016-2017: - "Dəyişirəm" (Azər və Vüsalə, və Nərgiz Məmmədova)
2013-2014; 2015: - "Təmir məktəbi"
2013: - "Çox gəzən bilir" ( Fərid Rəsul )
2013: - "Pozitiv" ( Ramin İbrahimov )
2014-2015; 2016; 2017: - "Top Kimi Show"
2014-2015: - "Gün üzü"
2016: - 5 Gəlin (Mətanət Əliverdiyeva)
2016-2018: - "ATV Kulis"
2016-2018: - Zarafat-Zarafat (Mətanət Əliverdiyeva)
2016: - Bir axşam
2017: - Həyat ( Hacı Nuran)
2017: - Made in Azerbaijan (Elman Bakuvi, Aysel Fərzəliyeva)
2018: - Zaurla Günaydın (Zaur Baxşəliyev, Günay Baxşəliyeva)
2018: - Sağlam olaq! (Samirə Tağıyeva)
2018: - Xüsusi Layihə (Aytən Səfərova, Mürsəl Mahmudov)
2018: - Yeni evim (Nurkan və Lalə)
2018: - Bəxtəvər (İlham Özbay)
2018: - Şou ATV (Nanə Ağamalıyeva)
2018: - Ən yaxşısı... (Mətanət Əliverdiyeva)
Günümüzdə yayımlanan yerli seriallar
2009: - "Bacanaqlar"
2012: - "Pərvanələrin rəqsi"
2012: - "Acılar bitməz"
2012-2013: - "Sirr"
2012-2013: - "Həkimlər"
2012-2013: - "Məhkumlar"
2012-2013: - "Qağayı"
2013-2014: - "Kabusun kölgəsində"
2013-2014: - "Ləkə"
2013: - "Son hədd"
2013-2014: - "Sonuncu fəsil"
2013-2014: - "Çaqqal nəfəsi"
2013-2014: - "Həyat çiçəyi"
2013-2014: - "Toy gecəsi"
2013-2014: - "Qız yükü"
2013-2014: - "Səfərin ailəsi"
2014: - "Qız atası"
2013-2015: - "5+"
2015-2016: - "3+1"
2011-2018: - "Bozbash Pictures"
2015-2018: - "Qardaşlar"
2016-2018: - Vicdan haqqı (teleserial, 2016)
2016: - Dəfnə ağacı (teleserial, 2016)
2016: - Ər və arvad (serial, 2016)
2016-2017: - Günəşim ol (teleserial, 2016)
2016-2017: - Məryəm (teleserial, 2016)
2017-2018: - Laləli saray (teleserial, 2017)
2017-2018: - Ögey ana (teleserial, 2017)
2018: - O gecə
2018: - Təhminə və Zaur
2018: - Sevgi naminə
2018: - Buğlama
2018: - Şou-Şu
Əvvəl yayımlanmış verilişlər
"10-lar " (Afaq Gəncəli) (2003-2015)
"Ümid Var " (Zaur Baxşəliyev)
106 haus (veriliş) (Yusif Ağayev)
"Açıqlama" (Günay Firudinqızı)
"Bapbalaca" (Gülər Elxanqızı)
"Sürpriz" (Rumiyyə Adilqızı)
"Bizim səhər" (Zaur Baxşəliyev, Fidan Axundova və digərləri)
"Çəkirəm ha.." (Xəyalə Quliyeva)
"Qəfəs" (2005-2007) (Emin Musəvi)
"Çal-çağır" (Dilarə, Ülviyyə və Tünzalə Əliyevalar)
"Ziq-zaq"
El içində (veriliş, 2007) (Elçin Əlibəyli, İlham Tumas)
"Gecənin şansı" (Nanə Ağamalıyeva)
Xalq parad (veriliş, 2007) (Nanə Ağamalıyeva)
"Performans" (2007) (Azər və Vüsalə)
"Stop kadr" (Anar Elimxan)
"Sözüm var" (İlkin Həsəni)
"Yağ kimi" (Zaur Baxşəliyev)
"Onun yarısı" (2010-2012) (Zaur B. və Zərif, Zaur Baxışəliyüv. və Günay Baxışəliyev.)
"Yeni Ulduz" (2002-2012)
"Gəlir zəngi"
"Rəsmilər qeyri rəsmi" (2009-2010) (Emin Musəvi)
"Burada və indi" (2010) (Dilarə, Ülviyyə və Tünzalə Əliyevalar)
"Həftə sonu" (2002-2012) (Vaqif Aydınoğlu)
"Son xəbər" (2002-2012)
"Canlı səs" (2012) (Mirsalam M., Cavid Gül)
"Arxiv" (2012) (Rüfət Ağayev)
"İzzət Bağırovun şousu" (İzzət Bağırov)
"Məkan" (Nanə Ağamalıyeva)
"Ləziz saat" (2007-2009) (Firəngiz Mütəllimova)
"Xalq ulduzu" (2005-2012)
"Sənin üçün" (Fərda Xudaverdiyev )
"Xeyir ola?" (2009) (Aygün Kazımova, Azər Axşam, ???)
"ARI şou" (Elməddin Cəfərov və Elnur)
"Yağ kimi-2" (Zaur Baxışəliyev)
"Bizdən sizə" (may 2007-aprel 2010) (Samir Bayramlı)
"ATV-club" (Nurlana Cəfərova və Azad Şabanov)
"Shaker"
"Русские звёзды" (2000-2006)
"Sirrli Avrasiya"
"Sən tək deyilsən" (Xoşqədəm Hidayətqızı)
"Avto star" (Afaq Gəncəli)
"Söz oyunu" (2010-2012) (Azər Axşam, Nicat Kazımov)
"22-ci saat" (2011-2012) (Emin Musəvi)
"Diqqət et!" (2012)
"Free Zone" (2012 sentyabr-yanvar) (Nurlana Cəfərova)

Əziz oxucularımıza sevimli aparıcımız, Əməkdar mədəniyyət işçisi Zaur Baxışəliyevə həsr etdiyim şeirimi oxucularımızın nəzərinə çatdırmaq istəyirəm.

Bizimləsən Zaur qardaş!

Allah səni var eləsin,
Min budaqlı bar eləsin.
Düşmənini kor eləsin,
Bizimləsən Zaur qardaş!

Dilavərin başda tacın,
Heç olmasın ağrın, acın.
Qulluğunda Günay bacım,
Bizimləsən Zaur qardaş!

Rəbbə bağlı, haqq oğlusan,
Bir öncülsən, çox doğrusan.
Kasıblara əl tutursan,
Bizimləsən Zaur qardaş!

Nur tökülür üz-gözündən,
Danışırlar düz sözündən.
Çox razıyıq biz özündən,
Bizimləsən Zaur qardaş!

Dünya boyda ürəyin var,
Halal qazanc, çörəyin var.
Tanrı kimi köməyin var,
Bizimləsən Zaur qardaş!

Verilişində qonaq olum,
Mən də dərddən uzaq olum.
Arzum səntək mayak olum,
Bizimləsən Zaur qardaş!

P.S.

Baxdıqca baxılan, , gündən günə inkişaf edən Atv kanalın uğurları məni AYB üzvü, Prezident mükafatçısı, nəğməkar şair- yazar kimi çox sevindirir. Atv kanalın rəhbəri Azər Xəlilova, Atv kanalının şura sədri Etibar Babayeva çətin və şərəfli işlərində böyük uğurlar arzu edirəm.

Hazırladı: AYB üzvü, Prezident mükafatçısı, nəğməkar şair- yazar Fuad Biləsuvarlı.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024