Mobil versiya
Əli Hüseynli: “Bu qədər şəhid olmasının günahı 1992-ci ildə hakimiyyətdə olanlardadır”
Tarix: 01-02-2019 | Saat: 15:25
Bölmə:Siyasət | çapa göndər

Əli Hüseynli: “Bu qədər şəhid olmasının günahı 1992-ci ildə hakimiyyətdə olanlardadır”


“2016- ci ildə Cinayət Məcəlləsinə 149-1 maddəsi əlavə edildi. Bu maddə internet resurslarında təhqirlərlə bağlıdır. Buna görə cərimə və azadlıqdan məhrumetmə cəzası var. Ancaq qanunun tətbiqində boşluqlar var”.

Modern.az xəbər verir ki, bunu parlamentin iclasında Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.



Deputat ölkə başçısının şəhid ailələri ilə bağlı qərarlarına diqqət yönəldib :



“Təbii ki bu problemin araşdırılması ilə bağlı zaman tələb olunurdu. Amma baxın internetdə radikal müxalifətin nümayəndələri necə davranır? Onlar şəhid ailələrini təhqir edir və deyir ki, nə üçün Prezidentlə əl görüşdünüz və onlarla şəkil çəkdirdiniz.



Azərbaycanda bu qədər şəhid olmasının günahı 1992-ci ildə hakimiyyətdə olanlardadır.



Ona görə hesab edirəm ki, sosial şəbəkələrdə yayılan təhqirlə bağlı qanunvericilikdə heç bir problem yoxdur, sadəcə onun tətbiqi ilə bağlı işlər görmək lazımdır”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024