Mobil versiya
“Babək prospektindəki hadisə yol çökməsi deyil” - AÇIQLAMA
Tarix: 01-02-2019 | Saat: 10:57
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

“Babək prospektindəki hadisə yol çökməsi deyil” - AÇIQLAMA


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) "Babək” prospektindəki hadisə ilə bağlı açıqlama verib.


Qurumun mətbuat xidmətinin rəhbəriAnar Nəcəfli Modern.az-a bildirib ki, bu, yol çökməsi deyil, qazıntıdır:

"Babək prospektində yol çökməyib. Prospektin köməkçi yolunda magistral su kəmərində qəza baş verib. Qəzanın nəticələrinin aradan qaldırılması üçün həmin hissədə "Azərsu” ASC tərəfindən qazıntı işlərinə başlanılıb”.


A.Nəcəflinin sözlərinə görə, "Azərsu” ASC-nin təmir işləri bitdikdən sonra yolun həmin hissəsinin asfalt örtüyü bərpa ediləcək”.
Qeyd edək ki, hadisə prospektin "Yeni Günəşli” qəsəbəsindən üzü "Xalqlar Dostluğu” metrostansiyasına gedən hissəsində baş verib. Axşam saatlarında qazılmış hissəyə minik avtomobili düşüb. Hazırda ərazidə təmir-bərpa işləri aparılır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024