Mobil versiya
Azərbaycanda 36 yaşlı kişi donub öldü
Tarix: 05-01-2016 | Saat: 13:02
Bölmə:Cəmiyyət / Aia TV / Karusel | çapa göndər

Azərbaycanda 36 yaşlı kişi donub öldü
Şahin Quliyev gecə saat 04-də sərxoş vəziyyətdə evdən çıxıb və donub.
Masallıda 46 yaşlı kişi donaraq ölüb.

Masallı Rayon Polis İdarəsindən Aia.az-a verilən məlumata görə, hadisə rayonun Türkoba kəndində qeydə alınıb. Səhər saatlarında kənd cammatı tikinti materiallarının satış bazarının arxa hissəsində naməlum kişi meyiti olduğu barədə polisə məlumat veriblər. Dərhal əraziyə çəlb edilən polis və prokurorluq əməkdaşları meyiti tibbi müayinə üçün məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyinin Masallı rayon şöbəsində aparıblar.

Araşdırmalar zamanı donan şəxsin Türkoba kənd sakini, 1979-cu il təvəllüdlü Şahin Əliqulu oğlu Quliyev olduğu müəyyən edilib.

Polis idarəsindən onu da bildirdilər ki, Şahin Quliyev gecə saat 04 radələrində sərxoş vəziyyətdə evdən çıxıb və yolda gedərkən yıxılıb və yıxıldığı yerdə soyuqdan donub.

Donan şəxsin 1 övladı var.

Faktla bağlı Masallı Rayon Prokurorluğunda araşdırma aparılır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə