Mobil versiya
İnkişaf etmiş təhsil sistemi stabillik və yüksək rifah göstəricisidir
Tarix: 30-01-2019 | Saat: 13:32
Bölmə:Manşet | çapa göndər

İnkişaf etmiş təhsil sistemi stabillik və yüksək rifah göstəricisidir




Ucar Rayon Təhsil Şöbəsinin uğurlu fəaliyyəti ölkəmizdə bu sahədə aparılan mütərəqqi islahatların effektivliyinin daha bir təzahürü kimi diqqəti cəlb edir

Məlumdur ki, bir ölkədə təhsil, səhiyyə və ümumiyyətlə insanların sosial həyatını əhatə edən digər humanitar sahələrin inkişafı üçün, birmənalı olaraq həmin ölkədə sabitliyin və iqtisadi inkişafın davamlılığı zəruri şərtlərdir. Azərbaycan dövləti tərəfindən bu şərtlərin təmin edilməsi sayəsində də ölkəmizdə digər sahələr kimi, təhsil sisteminin sürətli inkişafı müşahidə olunmaqdadır. Demək lazımdır ki, bu gün Azərbaycanda təhsil sisteminin ümumi inkişafını təmin etmək üçün bu sahədə müəyyən edilmiş dövlət strategiyası paytaxt Bakı ilə yanaşı dsigər rayon və bölgələrimizdə də uğurla həyata keçirilir. Təhsil sahəsində kifayət qədər yüksək göstəricilərin əldə olunduğu, dinamik inkişafın müşahidə edildiyi rayonlarımızdan biri də Ucar rayonudur. Hazırda Ucar Rayon Təhsil Şöbəsinin tabeliyində 1 məktəb-lisey, 35 tam orta məktəb,7 ümumi orta məktəb və 2 ibtidai məktəbolmaqla 45 ümumi təhsil müəssisəsi fəaliyyət göstərir. Həmçinin RTŞ-nin tabeliyində iki məktəbdənkənar müəssisə - Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzi və Rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbi vardır.Ucar rayon Təhsil Şöbəsinin müdiri Fuad İsrəfilovdur.



Qısa arayış:

İsrəfilov Fuad Məhəmmədiyyə oğlu 1955-ci il də Ucar rayonunun Məlikballı kəndində anadan olub. Gəncə Dövlət Universitetinin (H.Zərdabi adına Kirovabad Dövlət Pedoqoji İnstitutu) tarix fakultəsini fərqlənmə diplomu ilə bitirib.1977-1981-ci illərdə rayonun Qazıqumlaq kəndində müəllim, direktor müavini işləyib. 1981-ci ildən komsomol, partiya, icra hakimiyyəti orqanlarında işləyib. 2004-cü ilin aprelindən Ucar Rayon Təhsil Şöbəsinin müdiridir. Azərbaycan Respublikası Prezidentinin 04 oktyabr 2010-cu il tarixli 1133 nömrəli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub. 1996-cı ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Yeni məktəb binalarının inşası davam edir




Son illər dövlətimizin və birbaşa Ölkə Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində respublikamızın orta məktəblərində təhsilin səviyyəsi yüksəlmiş, müəllim və şagirdlər üçün maddi-texniki bazanın gücləndirilməsi istiqamətində bir sıra mühüm addımlar atılmışdır. O cümlədən Ucar rayonunda da yeni məktəblərin tikintisi, əsaslı təmiri, inventar və avadanlıqlarla təmin olunması istiqamətində mühüm işlər görülmüşdür. Elə bir müddət bundan əvvəl bu mövzuda mətbuata verdiyi müsahibələrin birində təhsil şöbəsinin müdiri Fuad İsrəfilov da rayon ictimaiyyətinin ümumi fikrini çox düzgün əks etdirmişdi: “Ucarın pedaqoji kollektivləri və şagirdlərimiz cənab Prezident İlham Əliyevin qayğısını daim hiss ediblər...” Qeyd edək ki, Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına əsasən və Heydər Əliyev Fondunun təşəbbüsü ilə icra edilən “Yeniləşən Azərbaycana - yeni məktəb” devizi altında rayonda son illər ərzində ondan artıq yeni məktəb binası tikilib istifadəyə verilmişdir. Bunlardan 480 şagird yerlik Məlikballı, 320 şagird yerlik Lək kənd 1 nömrəli, hər biri 220 şagird yerlik Alpout kənd 1 nömrəli və Küçəkənd kənd orta məktəblərini, həmçinin 180 yerlik Pirkənd kənd orta məktəbini, rayonun iri yaşayış məntəqələrindən olan Alpı kəndində 200 yerlik orta məktəb binasını, hər biri 240 yerlik Ucar şəhər 5 nömrəli və Qazyan kənd 3 nömrəli tam orta məktəblərini göstərmək olar. Ötən dərs ilində isə, rayonun Bəhlul Novruzov adına Bərguşad kənd ümumi orta məktəbi üçün tikintisi başa çatmış 90 yerlik,modul tipli məktəb binası 15 sentyabr 2018-ci il tarixdə şagirdlərin istifadəsinə verilib.

Ali məktəblərə qəbul üzrə göstəricilər yüksəkdir



Təbii ki, dövlət tərəfindən göstərilən bu diqqət və qayğının müqabilində Ucar rayonunun həm pedaqoji, həm də şagird kollektivləri öz növbələrində yüksək göstəricilərə nail olmaq üçün bütün potensiallarını səfərbər etmişlər. Bir tərəfdən reallaşdırılan dövlət proqramlarının uğurlu icrası, digər tərəfdən də yerli peşəkar pedaqoji kadrların ciddi səyləri nəticəsində ötən tədris ilində Ucarrayonundan ali məktəblərə daxil olmuş tələbələrin sayında əvvəlki illərlə müqayisədə xeyli artım müşhidə olunub. Belə ki, 2018-2019-ci tədris ilində Ucar rayonunun ümumtəhsil məktəblərindən 491nəfər məzun bakalavr səviyyəsi üzrə Respublikanın ali təhsil müəssisələrinin müvafiq fakültələrinə qəbul olmaq üçün elektron ərizə ilə müraciət edib.Dövlət İmtahan Mərkəzinin mərkəzləşmiş qaydada təşkil etdiyi qəbul imtahanları və müsabiqənin nəticələrinə uyğun olaraq, I və II mərhələlər əhatə olunmaqla həmin abituriyentlərdən 238 nəfəri tələbə adını qazanıb ki,onlardan 213 nəfəri cari ilin məzunlarıdır.Həmin abituriyentlərdən 17 nəfəri 600-dən yuxarı,25 nəfəri isə 500-600 arası bal toplayıblar.600-dən yuxarı bal toplayan abituriyentlər şəhər 1,2,3,4,6, Lək kənd 2,Qazıqumlaq kənd 2,Qazyan kənd 1,Qaracallı kənd 1 nömrəli, Şahlıq, Yuxarı Şilyan və Qarabörk kənd tam orta məktəblərinin məzunlarıdır.Rayon üzrə ən yüksək nəticəni Lək kənd 2 nömrəli tam orta məktəbin məzunu Fərəcova Fənarə Fikrət qızı göstərərək,685 balla Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub. Müqayisə üçün bildirək ki, 2017-2018-citədris ilində ali məktəblərə qəbul olanların sayı rayon üzrə ümumilikdə176 nəfər olmaqla,9 nəfəri 600-dən,20 nəfəri 500-dən yuxarı bal toplamışlar.Bu irəliləyiş heç şübhəsiz,Ucar rayon təhsil işçilərinin əzmkar əməyinin yüksəknəticəsi kimi qiymətləndirilə bilər.

Beynəlxalq təhsil sisteminə inteqrasiya sürətlənir



Təbii ki, bu günün məktəbliləri getdikcə qloballaşan dünyamızda sabah və ümumiyyətlə yaxın gələcəkdə tuta biləcəkləri mövqey haqqında indidən düşünməlidirlər. Bu isə, yenə də ölkəmizin təhsil sistemində gedən proseslər, məktəblilərin öz potensiallarını tam aça bilmələri üçün onlara yaradılan imkanlarla bağlı olan məsələdir. Belə ki, orta məktəb şagirdlərinin müxtəlif beynəlxalq olimpiadalarda və digər bilik yarışmalarında iştirakı da onların gələcək fəaliyyətlərinin düzgün istiqamətləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Sevindirici haldır ki, Ucar məktəbliləri bu kimi tədbirlərdə də uğurla fərqlənə bilirlər. Məsələn, ötən ilin dekabr ayının 10-dan 15-dək Bakı şəhərində keçirilən “İstedadların hazırlığı laboratoriyası” II Beynəlxalq Olimpiadasında iştirak edən Ucar şəhər 4 nömrəli tam orta məktəbin X sinif şagirdi Babayeva Kimyaxanım Ceyhun qızı III yerə layiq görülərək Diplom və bürünc medalla təltif edilib.Həmçinin 2018-ci il dekabrın 16-da Ucar şəhər 3 nömrəli tam orta məktəbində Azərbaycan Britaniya Məzunları İctimai Birliyinin (AUKAA) üzvlərinin rayonun ümumtəhsil məktəblərinin 8-11-ci sinif şagirdlərinin iştirakı ilə keçirdikləri imtahanın nəticələri də uğurlu olub. Belə ki, 6 şəhər məktəbindən 68 nəfər şagirdin iştirak etdiyi imtahanda yazılmış esse yazılar yoxlanaraq, ən yüksək bal toplamış şagirdlər: şəhər 3 nömrəli tam orta məktəbin X sinif şagirdi Tamara Ələkbərova, şəhər 1 nömrəli məktəb-liseyin IX sinif şagirdi Nuray Mikayıllı, şəhər 2 nömrəli tam orta məktəbin IX sinif şagirdi Sara Həsənova AUKAA-nın təşkil edəcəyi düşərgədə qış tətili günlərində istirahət etmək hüququ qazanıblar.



Əminliklə demək olar ki, bu tədris ilində də Fuad İsrəfilovun rəhbərliyi altında Ucar RTŞ-nin fəaliyyəti yüksək nəticələrlə müşayiət olunacaq, rayonda təhsil müəssisələrinin maddi-texniki bazasının daha da möhkəmləndirilməsi, məktəblərdə yeni təlim metodları ilə işləyən müəllimlərin iş təcrübəsinin öyrənilməsi və yayılması, valideyn-məktəb münasibətlərinin günün tələbləri səviyyəsində qurulması, istedadlı şagirdlərin müəyyənləşdirilməsi və onlarla iş aparılması bu fəaliyyətin əsas istiqamətləri kimi müəyyən ediləcəkdir.


aia.az
Abbas Abbasov
Elbrus Bağırov



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-04-2024