Mobil versiya
Şəhid ailəsinin üzvü: Hər zaman Prezident İlham Əliyevin diqqət və qayğısını hiss edirik
Tarix: 29-01-2019 | Saat: 10:55
Bölmə:Manşet / Ölkə | çapa göndər

Şəhid ailəsinin üzvü: Hər zaman Prezident İlham Əliyevin diqqət və qayğısını hiss edirik


Prezident İlham Əliyev şəhid ailələrinə daim diqqət və qayğı göstərir və biz də şəhid ailəsi olaraq bu diqqət və qayğını hər zaman hiss edirik.

Bunu Trend-ə şəhid ailəsinin üzvü Muxtar Qəhrəmanov bildirib.

M.Qəhrəmanov bildirib ki, şəhid ailələri üçün güzəştlər tətbiq olunur, onlara müavinətlər verilir, mənzillər təqdim olunur:

“Bizə göstərilən diqqət və qayğıya görə Prezidentimiz İlham Əliyevə ailəmiz adından təşəkkürümü bildirirəm. Prezident Sarayında dövlətimizin başçısının şəhid ailələri ilə görüşündə mən də iştirak edirdim və bir daha şəhid ailələrinə göstərilən qayğının şahidi oldum. Biz şəhid ailəsi olaraq hər zaman Prezidentimizin diqqətini hiss edirik”.

Qeyd edək ki, şəhid ailələrinə diqqət və qayğı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursun mühüm istiqamətlərindən biridir. İndiyə qədər bu kateqoriyadan olan vətəndaşlara 6654 mənzil, 6144 avtomobil, ötən il isə 626 mənzil verilib. Bu il həmin vətəndaşlara azı 800 mənzilin təqdim olunması nəzərdə tutulur. Şəhid ailələrinə və müharibə əlillərinə, Milli qəhrəmanlara verilən Prezident təqaüdünün də məbləği ötən dövrdə mütəmadi artırılıb, bu qəbildən olan insanların uşaqlarına aylıq sosial müavinətin verilməsi təmin olunub. Bununla da şəhid ailələrinin sosial müdafiəsi ildən-ilə yaxşılaşıb, dövlətimizin başçısının bu sahədə həyata keçirdiyi tədbirlər ictimaiyyət tərəfindən hər zaman böyük rəğbət və məmnunluqla qarşılanıb. 2018-ci ildə keçirilən prezident seçkilərindəki qələbəsindən sonra Prezident İlham Əliyevin imzaladığı ilk Fərman da bu qəbildəndir. Şəhid ailələrinə birdəfəlik ödəmənin verilməsini nəzərdə tutan bu Fərman onların sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində ən mühüm addımlardan olmaqla ölkə vətəndaşlarının rifahının dirçəldilməsinə xidmət edən ən humanist addımlardan biri kimi qəbul edilməlidir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024