Mobil versiya
“Qaçqınkom”dan 180 minlik avtomobillə bağlı açıqlama - Komitənin maşınını Əli Həsənov aparıb
Tarix: 28-01-2019 | Saat: 15:25
Bölmə:Manşet / Gündəm | çapa göndər

“Qaçqınkom”dan 180 minlik avtomobillə bağlı açıqlama - Komitənin maşınını Əli Həsənov aparıb


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədrinin xidməti avtomobili ilə əlaqədar yayılan məlumatlara qurumdan açıqlama verilib.

BakuPost-a göndərilən açıqlamada bildirilir ki, ötən il dövlət başçısının apardığı struktur islahatları və mərkəzi icra hakimiyyəti orqanlarına rəhbərlərin təyinatı çərçivəsində Baş nazirin müavininin eyni zamanda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədrinin səlahiyyətlərini yerinə yetirməsinə xitam verilib və Dövlət Komitəsinə yeni sədr təyin edilib.

Bu zaman xidməti avtomobilin Baş nazirin müavininin istifadəsində qalması və yeni təyin edilmiş sədrin xidməti avtomobillə təmin olunmasına zərurət yaranması nəzərə alınaraq, yeni avtonəqliyyat vasitəsinin alınması üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən mövcud qaydada dövlət vəsaiti ayrılıb. Xidməti avtomobilin alınması mövcud qanunvericilik əsasında həyata keçirilib.

Xidməti avtomobilin markası seçilərkən onun respublikamızın mərkəzi icra hakimiyyəti orqanlarının istifadəsində olan avtonəqliyyat vasitələrinin markasına uyğunluğu əsas götürülüb.

Qeyd edək ki, komitənin yeni sədri Rövşən Rzayev üçün alınan avtomobilin qiymətinin 180 min manat olması diqqət çəkib. Qaçqın və məcburi köçkünlərin problemləri ilə məşğul olan bir qurumun rəhbərinin belə bir bahalı avtomobildə gəzməsinin düzgün hesab edilmədiyi vurğulanır.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024