Mobil versiya
Rəsulzadənin üçüncü barelyefi - Bu dəfə təkcə adı saxladılar
Tarix: 28-01-2019 | Saat: 11:36
Bölmə:Karusel / Gündəm | çapa göndər

Rəsulzadənin üçüncü barelyefi - Bu dəfə təkcə adı saxladılar


Novxanıda oğurlanandan sonra yenisi hazırlanaraq yerinə asılan və səhvlərə görə qınanılan barelyefin ikincisi düzəldilib.

aia.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, Məhəmməd Əmin Rəsulzadənin yeni barelyefində səhv yazılmış hissələr çıxarılıb. Lövhədə sadəcə "Məhəmməd Əmin Rəsulzadə 1884-cü ildə bu evdə anadan olmuşdur” cümləsi qeyd olunub.

Xatırladaq ki, sosial şəbəkələrdə yeni xatirə lövhəsində yol verilən ciddi nöqsanlar geniş müzakirələrə səbəb olmuş, xeyli qınanmışdı. Belə ki, lövhədə Azərbaycan Demokratik Cümhuriyyəti və ya Azərbaycan Xalq Cümhuriyyəti sözlərinin əvəzinə Azərbaycan Dövlət Cümhuriyyəti, M. Rəsulzadə isə onun rəhbəri kimi qeyd olunmuşdu.

Bundan başqa, AXC liderinin adı da səhv yazılmışdı.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024