Mobil versiya
Selfi oğruların başına bəla oldu (FOTO)
Tarix: 04-01-2016 | Saat: 16:23
Bölmə:Media / Aia TV / Karusel | çapa göndər


Polis telefon oğrularını foto vasitəsilə tapıb.
ABŞ-ın Kaliforniya ştatının Pasifik-Qrouv şəhərində oğrunun çəkdirdiyi selfi başına bəla olub.

Aia.az-in məlumatına görə, 18 yaşlı Viktor Almans Martines adlı oğrunun qurbanlarından biri ilə hadisə yerində çəkdirdiyi selfi polisin işinə yarayıb.

Belə ki, silahlı basqın və insan oğurluğunda təqsirli bilinərək, axtarışda olan gəncin tutulmasına təkcə soyduğu qızla çəkdirdiyi selfi deyil, eyni zamanda onunla "Snapcahtda"kı yazışmları kömək edib.

Polisin məlumatına görə, axtarışda olan gənc iki yoldaşı ilə birlikdə sakinlərin avtomobillərinə silahlı basqınlar təşkil edərək onları soymaqla məşğul olub.


Koloforniya Pasifik Qrouv şəhəri.

Uzun müddətdir axtarışda olan gəncləri çəkdirdikləri selfilər ortalığa çıxana qədər tapmaq mümkün deyildi.
Bənzər hadisə Ukraynanın paytaxtı Kiyev şəhərində baş verib. Klubların birindən müştərilərin telefonlarını oğurlayan qızlara oğurladıqları telefonla selfi çəkdirmək baha başa gəlib. Belə ki, telefonla “Google”nin sinxronlaşdırılması selfinin telefonun əsil sahibinə göndərilməsi ilə nəticələnib.


Oğurluqda təqsirli bilinərək, həbs edilən qızın çəkdirdiyi selfi.
Selfi oğruların başına bəla oldu (FOTO)
Bununla da polis telofon oğrularını fotoşəkil vasitəsilə taparaq həbs edib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024