Mobil versiya
Səməd Seyidov: “Naira Zöhrabyan gözəlləşdikcə xasiyyəti dözülməz olur”
Tarix: 25-01-2019 | Saat: 14:57
Bölmə:Siyasət | çapa göndər

Səməd Seyidov: “Naira Zöhrabyan gözəlləşdikcə xasiyyəti dözülməz olur”




Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının gedişində Türkiyədə müxalif siyasətçilərlə bağlı vəziyyət müzakirə edilib.



aia.az virtualaz.org-a istinadən xəbər verir ki, müzakirələrdə Ermənistan parlamentinin deputatı Naira Zöhrabyan çıxış edib.



“Türkiyədə siyasətçilərə və deputatlara qarşı “əcinnə ovu” başlayıb. Diyarbakır prokurorluğu və prezident Ərdoğan 8 deputatın, o cümlədən Karo Paylanın bədxah 301-ci maddə üzrə “türk millətinin təhqir edilməsi” ittihamı ilə toxunulmazlıqlarının ləğv edilməsi barədə vəsatət verib. Mən AŞPA-dan xahiş edirəm ki, Türkiyədən siyasətçilərin izlənilməsinə son qoyulması və biabırçı 301-ci maddənin ləğvi tələb edilsin”, - Zöhrabyan deyib.



Naira Zöhrabyanın çıxışına türkiyəli deputat Hisar Özsoy cavab verib.



“Məni Naira Zöhrabyanın Türkiyədə demokratiya və deputatlara təzyiqlə bağlı çıxışı təəccübləndirir. Siz Türkiyədə demokratiyanı müqayisə edərək, öz parlamentinizdə heç olmasa bir türk deputat göstərə bilərsiniz? Türkiyə parlamentində isə üç erməni deputat var”, - Özsoy bildirib.



Eyni zamanda, Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun Naira Zöhrabyanın ünvanına işlətdiyi ifadə haqqında məlumat verilir. S.Seyidov deyib: “Naira Zöhrabyan gözəlləşdikcə xasiyyəti dözülməz olur”.



aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024