Mobil versiya
Nazirlik 1-ci və 2-ci qrup əlillərlə bağlı qaydanı DƏYİŞDİRİR
Tarix: 25-01-2019 | Saat: 12:46
Bölmə:Karusel / Ölkə | çapa göndər

Nazirlik 1-ci və 2-ci qrup əlillərlə bağlı qaydanı DƏYİŞDİRİR


BMT-nin Əlilliyi olan şəxslərin hüquqlari üzrə komitəsindən Azərbaycan hökumətinə suallar daxil olub. Modern.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Əlilliyi olan şəxslərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Sabir Qocayev bildirib.

S.Qocayevin sözlərinə görq, bu suallar artıq hökumətə təqdim olunub: "Həmin suallar içərisində bir məsələ Nazirlər Kabinetinin 172 saylı qərarında olan övladlığa uşaq götürmək istəyən şəxslərin xəstəliklərilə bağlı tələbləridir. Ki, həmin şəxslər uşaq götürə bilməzlər. Bu, birinci və ikinci qrup əlilliyi olan şəxlərə məhdudiyyətin qoyulmasıdır. Biz bunu ayrı-seçkilik kimi qiymətləndiririk".

Nazirlik rəsmisi qeyd edib ki, hazırda uşağın valideynlərindən biri vəfat edibsə və digər valideyni 1-ci və 2-ci qrup əlilliyi olan şəxsdirsə, uşaq valideyn himayəsindən məhrum edilmiş hesab olunur:

"Bu əvvəlki qaydaya əsasən belə idi. Biz həmin bəndin o şəxslərə qarşı diskriminasiya olduğunu hesab edirik. Yeni sistemdə bu bəndlər çıxarılacaq. Yeni sistemdə yanasma dəyişəcək. Beynəlxalq təcrübədən götürülmüş xəstəliklərdən irəli gələrək, xəstəliyin şəxsin həyatını nə dərəcədə məhdudlaşdırdığı əsas götürüləcək. Qərar buna əsasən veriləcək".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024