Mobil versiya
Sumqayıt Dövlət Universitetində müəllimlərin əmək haqları artırıldı
Tarix: 24-01-2019 | Saat: 16:16
Bölmə:Karusel / Təhsil | çapa göndər

Sumqayıt Dövlət Universitetində müəllimlərin əmək haqları artırıldı




Sumqayıt Dövlət Universitetində müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində daha bir uğurlu addım atıldı. Universitet müəllimlərinin əmək haqqı artırıldı.

Vətəndaşlara qayğı, onun maddi, mənəvi tələbatlarının ödənilməsi üçün zəruri şəraitin yaradılması istiqamətində aparılan işlər Azərbaycan dövlətinin prioritetlərindəndir. Möhtərəm prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi kursda sosial məsələlərin həlli, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi hər zaman diqqət mərkəzindədir.

Sumqayıt Dövlət Universitetində də Azərbaycan dövlətinin siyasi kursunu rəhbər tutaraq müəllimlərin maddi rifah halının yaxşılaşdırılması və sosial müdafiəsinin daha da gücləndirilməsi məqsədilə Elmi Şuranın 23.01.2019-cu il tarixli iclasında müəllim heyətinin elmi-pedaqoji fəaliyyətinin qiymətləndirilməsinə əsaslanan əməkhaqqı sisteminin təkmilləşdirilməsi haqqında qərar qəbul edildi və universitet rektorunun R-09 saylı, 24.01.2019-cu il tarixli əmri ilə müəllim heyətinin əmək haqları artırıldı.

Yeni qərara əsasən, fevralın 1-dən etibarən aylıq əmək haqqı artımı 284 nəfər müəllim heyətinə şamil olundu. Bu da müəllimlərin əməyini stimullaşdırır və fəaliyyətinin inkişaf etdirilməsinə motivasiya yaradır. Bu cür addımlar gələcəkdə də davam etdiriləcək.


aia.az





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
22-04-2024