Mobil versiya
Qənirə Paşayeva dezinformasiya yayan KİV və siyasətçiləri PİSLƏDİ
Tarix: 23-01-2019 | Saat: 16:04
Bölmə:Siyasət | çapa göndər

Qənirə Paşayeva dezinformasiya yayan KİV və siyasətçiləri PİSLƏDİ



Bu gün AŞPA-da “Dezinformasiya və propaqanda kontekstində ictimai media xidməti” adlı qətnamə layihəsi ətrafında müzakirələr olub.



Modern.az-ın məlumatına görə, çıxış edən Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, Azad Demokratlar Qrupunun vitse-prezidenti Qənirə Paşayeva Avropa ölkələrində Azərbaycan əleyhinə dezinformasiya yayan KİV və siyasətçiləri, o cümlədən AŞPA-da bu cür addımlar atan siyasətçiləri kəskin tənqid edib.



O, dezinformasiyalarla mübarizədə ikili standartları pisləyib:



“Dəyərli həmkarlarım, müasir dünyada yanlış xəbərlərin dövlətlər və cəmiyyətlər üçün ciddi təhlükəyə çevrilməsi hamımızı ciddi narahat etməlidir. Yanlış xəbərlər insanlara, sosial qruplara, təşkilatlara, ölkələrə ciddi ziyan vurur və fəaliyyətlərinə təhlükə yaradır. Yanlış xəbərlərin qloballaşması və onların kommersiya məqsədilə istifadəsi olduqca təhlükəlidir. Bu gün əksər hallarda yanlış xəbərlərdən siyasi kampaniyalar üçün alət kimi istifadə edilir. İnsanlar “dezinformasiya hücumu”na məruz qalırlar. Təhlükəli dezinformasiya meyillərindən yaxa qurtarmaq üçün dəqiq siyasət hazırlanıb həyata keçirilməlidir. Bu mübarizədə hər birimiz fəal iştirak etməliyik. Yanlış xəbərlərin yayılmasının qarşısının alınması, onlarla mübarizədə ənənəvi KİV-lərin, informasiya agentliklərinin üzərinə mühüm vəzifələr düşür. Hər bir xəbər ciddi şəkildə yoxlanılmalıdır. İnformasiyanın dəqiqliyini yoxlamaq jurnalistin borcudur.

Saxta xəbərlərlə mübarizədə, onların yayılmasının aradan qaldırılmasında dünyanın aparıcı KİV-ləri daha sıx əməkdaşlıq etməlidir.



Sosial şəbəkələrin geniş yayıldığı indiki dövrdə dezinformasiyalara qarşı mübarizə aparmaq olduqca çətindir. Ona görə də bu istiqamətdə səylərimizin birləşdirilməsinə ciddi ehtiyac var”.

Deputat bildirib ki, bu gün mətbuat, söz azadlığı adı altında dezinformasiya yayan KİV-lər və jurnalistlərin sayı artır.



“Bu, çox təhlükəlidir və bu cür halları cəmiyyətə qarşı terror da adlandırmaq olar. Ona görə də hesab edirəm ki, bu cür hallara qarşı birgə mübarizə aparılmalıdır və biz bu istiqamətdə mübarizə tədbirlərini dəstəkləyirik. Mənim ölkəm Azərbaycan bu məsələlərə ciddi önəm verir, dezinformasiyalara qarşı mübarizə aparır və bu istiqamətdə beynəlxalq təşəbbüsləri daim dəstəkləyir.



Çünki Azərbaycan dezinformasiyalardan ən çox əziyyət çəkən ölkələrdən biridir. Məsələn, elə Avropanın bir sıra KİV-lərində dəqiq olmayan faktlar, yanlış məlumatlar əsasında Azərbaycana qarşı çox sayda dezinformasıyalara yol verilir. Və bu dezinformasiyaların əksəriyyəti məqsədli olaraq yayılır. Bir sıra siyasi güclərin, diaspor və lobbilərin, bəzi şirkətlərin maraqları çərçivəsində həyata keçirilən bu dezinformasiyaların məqsədi Azərbaycanın dünyadakı imicinə zərbə vurmaq, təzyiq göstərməkdir.



Və təssüf ki bu dezinformasiyalar Azərbaycanda olmayan, ölkəmiz haqqında geniş bilgilərə sahib olmayan bir çox insanlarda yanlış düşüncənin formalaşmasına da səbəb ola bilir.Və bu bizi ciddi narahat edir. Əziz dostlar, biz dezinformasiyalarla fəal mübarizə aparmaq istəyiriksə o zaman məsələn elə ilk öncə təmsil olunduğumuz bu təşkilatdan başlamalıyıq. Təssüf ki sadəcə KİV-lər, jurnalistlər, sosial şəbəkələr deyil bəzi siyasətçilər də bəzi ölkələrlə bağlı dezinformasiyaların, yanlış məlumatların yayılmasında fəal rol oynayırlar. Biz Azərbaycana qarşı bu cür addımların burada dəfələrlə şahidi olmuşuq və biz hansı ölkəyə qarşı söylənilməsindən asılı olmayaraq dezinformasiyalara qarşı sərt mübarizə aparmalıyıq. Burada ikili standartlara yol vermək olmaz.



Dəyərli həmkarlarım, terror təşkilatlarının, terroru dəstəkləyən qrupların, radikallığı, nifrəti, islamafobiyanı və antizemitizmi gücləndirən qrupların sosial media və şəbəkələrdə artan fəallığı da hamımızı ciddi narahat etməlidir.



Dezinformasiyalarla mübarizədə bəzi məsələlərdə olduğu kimi ikili standartlara yol verilərsə mübarizə tam effekli olmayacaq. Dəyərli həmkarlarım, yanlış məlumatlandırma siyasətinin xalqları, ölkələri, dinləri bir-birinə qarşı qoymaq, münaqişələri alovlandırmaq, çaşqınlıq, vahimə, nifrət yaratmaq kimi təhlükələrindən ciddi narahat olmalıyıq.



Azərbaycanda VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində “Yanlış məlumatlandırma siyasəti – müasir dünyada sabitliyə təhdid” mövzusunda önəmli tədbir keçirildi. Hesab edirik ki, bütün üzv ölkələrdə jurnalistlər, siyasətçilər və gənclərin iştirakı ilə bu mövzuda çoxlu sayda tədbirlərin, müzakirələrin keçirilməsinə, cəmiyyətlərin bu mövzularda geniş maarifləndirilməsi kimi tədbirlərin də artmasına cidi ehtiyac var”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024