Mobil versiya
Damı uçan məktəbdə tədris bərpa olunub? - AÇIQLAMA
Tarix: 23-01-2019 | Saat: 10:53
Bölmə:Karusel / Təhsil | çapa göndər

Damı uçan məktəbdə tədris bərpa olunub? - AÇIQLAMA



"Cari ilin yanvarın 17-si və 18-i respublika ərazisində hava şəraitinin kəskin pisləşməsi və əsən güclü külək nəticəsində paytaxtdakı bəzi məktəblərinin dam örtüyünə, qapı-pəncərələrinə, fasadına, ərazisindəki ağaclara ziyan dəyib”.

Bu barədə Bakı Şəhəri Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, müvafiq qurumlar tərəfindən operativ şəkildə zəruri tədbirlər görülüb.

"Belə ki, bir sıra problemlər aradan qaldırılmış, digərləri isə hazırda həllini tapmaqdadır. Onu da qeyd edək ki, güclü külək nəticəsində Sabunçu rayonu Pirşağı qəsəbəsində yerləşən 188 nömrəli tam orta məktəbin dam örtüyünün bir hissəsi uçub. Hadisə baş verdikdən dərhal sonra ərazi nəzarətə götürülüb”.


İdarədən əlavə olaraq adıçəkilən məktəbdə dərslərin normal qaydada davam etdirildiyi də deyilib.
"Məktəbin ərazisi və ətrafı dam örtüyünün qopan hissələrindən təmizlənib, müvafiq təhlükəsizlik tədbirləri görülüb. Bakı Şəhəri İcra Hakimiyyəti tərəfindən dərhal təmir işlərinə başlanıb. Təmir işlərinin təxminən 75-80 faizi həyata keçirilib. Yaxın günlərdə işlərin tam başa çatdırılması planlaşdırılır. Hazırda məktəbdə tədris prosesi normal şəkildə davam edir”.(modern.az)

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024