Mobil versiya
Rusiyada həyəcan – Silahlı şəxs sərnişin təyyarəsini qaçırmaq istədi - YENİLƏNİB
Tarix: 22-01-2019 | Saat: 16:07
Bölmə:Dünya | çapa göndər

Rusiyada həyəcan – Silahlı şəxs sərnişin təyyarəsini qaçırmaq istədi - YENİLƏNİB


Rusiyada silahlı şəxs sərnişin təyyarəsinin marşrutunu dəyişdirməyə cəhd edib.

BakuPost-un "RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, yerli vaxtla saat 14.55 radələrində Surqutdan havaya qalxan və Moskvaya uçmalı olan təyyarə Yuqorsk yaşayış məntəqəsi üzərində geri dönərək Surqut istiqamətində uçur.

"Pen TV” isə məlumat yayıb ki, "Aeroflot” aviaşirkətinə məxsus təyyarədə olan Pavel Ş. adlı silahlı şəxs marşrutun dəyişməsini tələb edib.

Təyyarə yerli vaxtla saat 16.20-dı Moskvaya enməli idi.

"Aeroflot” aviaşirkəti rəsmi olaraq məsələ barədə şərh vermir.
***
15:53
Rusiyada qaçırılmağa cəhd edilən "Aeroflot” aviaşirkətinə məxsus sərnişin təyyarəsi Xantı-Mansiyskə enib.

BakuPost-un "RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, saat 13.00-da Surqutdan havaya qalxan təyyarə Moskvaya uçmalı olsa da, istiqamətini dəyişib və Xantı-Mansiyskə enib.

Təyyarədə xoşagəlməz vəziyyətin yaranmasına səbəbkar 41 yaşlı Pavel Ş. adlı şəxs olub.
Hadisənin detalları arədə məlumat verilmir.



aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024