Mobil versiya
Şəhidlər xiyabanında “səs-küylü hadisə” - Bakı Meriyasından AÇIQLAMA
Tarix: 21-01-2019 | Saat: 11:25
Bölmə:Manşet / Ölkə | çapa göndər

Şəhidlər xiyabanında “səs-küylü hadisə” - Bakı Meriyasından AÇIQLAMA


20 Yanvar faciəsinin 29-cu ildönümü zamanı şəhidləri ziyarətə gələn fiziki qüsurlu hərbçinin fotosu sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Fotoda əlil arabasında oturan hərbçinin iki polisin köməkliyi ilə pilləkənləri qaldırılması əks olunub.



Sosial şəbəkə istifadəçiləri paylaşım zamanı fotoya “qəhrəman polislərimiz, qürur yerimiz” şərhini verərkən, digərləri ərazidə fiziki məhdudiyyətli şəxslər üçün pandusların olmamasına diqqət çəkərək, “qürurlanmaq yox, utanmaq lazımdır”-yazıblar.



Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, sonuncu təmir zamanı bu kimi məsələlər nəzərə alınıb:



“Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfat Departamentindən mənə verilən məlumata görə, sonuncu dəfə Şəhidlər Xiyabanında əsaslı təmir işləri yekunlaşdıqdan sonra fiziki məhduiyyətli vətəndaşların Şəhidlər Xiyabanını rahat şəkildə ziyarətini təmin etmək, eskalator və əlil arabalarının yuxarı qaldırılması üçün xüsusi lift qurşadırılıb. Əlil şəxslər həmin eskalator vasitəsilə yuxarı qaldırılır, onunla da aşağı düşürülür”.



İ.Kərimov qeyd edib ki, eskalator və lift xiyabanda sonuncu qəbirlər olan hissədə quraşdırılıb.



aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024