Mobil versiya
İsmayıllıda keçmiş polis əməkdaşı itkin düşüb - FOTO
Tarix: 02-01-2016 | Saat: 17:55
Bölmə:Cəmiyyət / Manşet / Karusel | çapa göndər


Axtarış tədbirləri keçirilir.

İsmayıllı rayonunda 63 yaşlı kişi itkin düşüb.

Aia.az -ın APA-ya istinadən xəbərinə görə, İsmayıllı şəhərinin Mübariz Orucov küçəsindəki 5 saylı ünvanda yaşayan, 1952-ci il təvəllüdlü Nəsirov Bəxtiyar Mirzəbəy oğlu ötən il mayın 1-də yaşadığı evdən çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb. Onun ailə üzvləri Bəxtiyar Nəsirovun itkin düşməsi barədə İsmayıllı rayon Polis Şöbəsinə məlumat veriblər.

Polis əməkdaşları tərəfindən 7 aydır ki, beş övlad atası olan Bəxtiyar Nəsirovun tapılması üçün həyata keçirilən axtarış tədbirləri hələ ki, bir nəticə verməyib.

Uzun illər DİN-in Baş Mühafizə İdarəsinin İsmayıllı rayon bölməsinin əməkdaşı olan və təqaüdə çıxan serjant Bəxtiyar Nəsirovu görən şəxslərin bu nömrələrə zəng etmələri xahiş olunur. Mobil: 070 679 21 73, Ev: 2028 5 38 06

Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024