Mobil versiya
Əgər qadın kişiyə xəyanət edirsə... Facebook, İnstagram çıxardanın evi yıxılsın!
Tarix: 16-01-2019 | Saat: 12:35
Bölmə:Yazar4 | çapa göndər

Əgər qadın kişiyə xəyanət edirsə... Facebook, İnstagram çıxardanın evi yıxılsın!



Aida Eyvazlı

Dünən yenə Facebook sosial şəbəkəsində gəzişərkən Azərbaycandakı bəzi saytların dayanmadan bir əxlaqsızlıq təbliğ edən videonu paylaşdıqlarını gördüm.

Və... iyrəndim...

Vaxtilə “Space” TV-də işləyən həmkarlarım və yaxın dostlarımın yaxşı yadındadır, orada kriminal verilişlər aparır və materiallar hazırlayırdım. İşlədiyim illər ərzində bir dəfə də olsun, efirə insanlarda ikrah doğuran kadrlarla çıxıb, sensasiya yaratmadım. Hətta bir dəfə bir cinayət işinin məhkəməsindən hazırladığım videoreportajda ittihamnamədə yazılan sözü efirə vermək üçün çalışıb-vuruşub, ona aid söz tapmadığımdan, gülməli bir məqam yaranmışdı. Həmin məqamda Şöhrət Eldəniz köməyimə çatıb, məni dardan qurtarmışdı. Yəni biz belə işlədik. Cəmiyyətə hər zaman milli dəyərlərimizi təbliğ etdik.

Uşaqlıq yaddaşımdan silinmir. Azərbaycanın elə rayonları var idi ki, “Raykom katibləri”nin qorxusundan kişilər qadınları ilə bazara getmirdilər ki, ağsaqqal eşidər, acığına gələr. Və bu xətir-hörmət bir çox rayonlarda illərlə oturuşub, milli mentalitetimizin yüksək dəyəri kimi kök salmışdı.

Bir kişi, əgər ona “kişi” demək mümkünsə, gecə vaxtı arvadını güdür... və özü ağlında olan arvadı da evə yad və həm də tanış kişi gətirir. Bunları bir yataqda tutan “qeyrətli ər” hadisəni videoya çəkib, sosial şəbəkələrdə yayır. Nə qədər iyrənc bir mənzərə...

Əvvəla onu deyim ki, bunu edən kişinin arvadı başqa cür ola bilməzdi. Dostunu-tanışını arvadınla bir yerdə tutmusansa, döy, qanına qəltan elə. Öldürmə. Öldürmək günahdır. Xarab arvadı boşayarlar. Ancaq bunu sosial şəbəkəlrdə yaymaq nə demək?

10-15 il bundan əvvəl ailələr öz sirrlərini evdən çölə çıxarmazdılar. İnsanlar alaçıqları, divarları, damları ona görə tikdilər ki, evləri sirr qalası olsun. Bizim elin özəl bir məsələi var. İndikilər bilməzlər. Çünki bilsəydilər belə işlər də baş verməzdi. “Üzündə göz izi var, sənə kim baxdı yarım...”.

Əsl kişi arvadının gözünə baxanda bilməlidir ki,o nə istəyir, hansı yolu gedəcək və ya gedib. Əgər bir qadın kişiyə xəyanət edirsə, onu aşağılayırsa, bu qadının deyil, kişinin problemidir. Çünki vaxtında arvadının üzündəki o “göz izini” görməyib.

Facebook, İnstagram çıxardanın evi yıxılsın. Bu şəbəkələr cəmiyyəti kütləyə çevirdi. Kütlənin sözü isə cəmiyyətin sözü olmamalıdır. Sosial şəbəkələr bir bazardır. Buranın da öz alıcıları və satıcıları var. Ucuz adamlar ucuz mal alar, dəyərli adamlar dəyərli mal satıb, dəyərli mal alarlar. Bunu quran Mark deməmişdi ki, öz ailənizin sirrini yayın.


Yaxşı, tutaq ki, bu o “kişilərin” öz işidir, arvadlarına yaxşı baxmayıblar. Bəs belə kişiləri efirə gətirib, onların ailə sandıqlarını açıb, xalqın qənşərinə tökən veriliş aparıcılarına nə deyəsən?


Əfsuslar olsun ki, ötən illər ərzində reytinq qazanmaq istəyən televiziyalar və o televiziyaların üzdəniraq aparaıcıları milləti əxlaqsızlığa öyrətdilər... Hamı bir-birini çəkib reportyorluq edir. Rusiyanın televiziyalarında bu gün də filmlər nümayiş etdirəndə, ekrana +12, +16 loqoları vurulur. Bu o deməkdir ki, bu filmi həmin yaş göstəricisi olanlardan yuxarılar izləyə bilərlər.


Tamaşaçıya nə versən, ona da baxacaq. O səfeh-səfeh mafioz və ailə münaqişələrini əks etdirən seriallara ayrılan və xərclənən pula, vətənpərvərlik və ailə dəyərlərini təbliğ edən filmlər çəkilsə, daha yaxşı olmazdımı. Hanı Şeyx İbrahim Şirvanşah, Hanı Mübariz İbrahimov, hanı qazilərimiz, apardığımız müharibə, balaca Zəhra? Nə tez unutdunuz? Ucuz filmlər çəkib, bu xalqın mentalitetini ucuzlaşdıranlar. Unutmayın ki, sizin övladlarınız da bu xalqın, bu millətin nümayəndəsidirlər. Səpdiyiniz mənəviyyatsızlıq toxumlarını öz ailənizdən götürüb, virus kimi bu ölkəyə yaymağı dayandırın! Bəsdirin bu xalqı, bu milləti aşağıladınız!


Mən mətbuata, televiziyaya, cavabdeh olan bütün dövlət adamlarından xahiş edirəm ki, bu əxlaqsız verilişlərin, xəbərlərin qarşısını almaq üçün tədbir görsünlər. Buna görədir ki,məktəbə gedən dərs oxumur, işə “düzələn” iş görə bilmir. Milli dəyərlərimizi təbliğ edən proqramlar, yazılar hazırlamaq bütün saytların, qəzetlərin, televiziyaların qarşısında şərt kimi qoyulsun. Bu qaydaya əməl etməyənləri yenə cəzalandırın. Plan qoyun həmin saytların, qəzetlərin qarşısında, milli dəyərləri nə qədər təbliğ etdikləri barədə hesabat istəyin.

Belə getsə, qeyrət-namusu da, əxlaqı da UNESCO-nun maddi irs siyahısında axtaracağıq.(modern.az)


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-03-2024