Mobil versiya
Yevlax – təhsilin inkişafına diqqət böyükdür
Tarix: 15-01-2019 | Saat: 16:00
Bölmə:Manşet / Təhsil | çapa göndər

Yevlax – təhsilin inkişafına diqqət böyükdür



Zərifə Məmmədovanın rəhbərlik etdiyi Yevlax Şəhər Təhsil Şöbəsinin fəaliyyəti bu sahədə ölkəmizdə yürüdülən dövlət siyasətinin həyata keçirilməsinə düzgün yönləndirilib

Bu gün Azərbaycanda inkişafı dövlət tərəfindən prioritet istiqamət kimi müəyyənləşdirilimiş sahələrdən biri də ölkənin təhsil sistemidir. Əminliklə demək olar ki, məhz bu sahənin inkişafına göstərilən dövlət qayğısı, qarşıya qoyulan məqsədlərə çatmaq üçün ayrılan maliyyə vəsaitlərinin həcmi, xüsusilə son bir neçə ildə həyata keçirilən irimiqyaslı layihələrin səmərəlilik dərəcəsi və digər bu kimi göstəricilər üzrə Azərbaycan artıq bu gün hətta bəzi inkişaf etmiş ölkələri belə qabaqlayır. Qeyd olunmalıdır ki, hazırda ölkənin təhsil sisteminin ümumi inkişafını təmin etmək üçün bu sahədə müəyyən edilmiş dövlət strategiyası paytaxt Bakı ilə yanaşı dsigər rayon və bölgələrimizdə də uğurla həyata keçirilməkdədir O cümlədən, təhsilin inkişafı ilə bağlı ölkənin digər regionları kimi, hazırda Yevlax rayonunda da mühüm layihələr həyata keçirilir, məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi və təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində məqsədyönlü iş aparılır.




Yevlax Şəhər Təhsil Şöbəsi 1935-ci ilin fevral ayında Yevlax Rayon Maarif Şöbəsi kimi fəaliyyətə başlamışdır. İlk məktəb 1904-cü ildə Xaldan kəndində açılan ikisinifli ibtidai rus-tatar məktəbi olmuşdur. Bu gün Yevlax Şəhər Təhsil Şöbəsinin tabeliyində 57 ümumitəhsil müəssisəsi, o cümlədən 40 tam orta, 8 ümumi orta, 9 ibtidai məktəb və 4 məktəbdənkənar tərbiyə müəssisəsi fəaliyyət göstərir. 2015-ci ilin oktyabr ayından etibarən Yevlax ŞTŞ-yə Zərifə Məmmədova rəhbərlik edir.

Qısa arayış:



Zərifə Həşim qızı Məmmədova 1960-ci ildə Yevlax şəhərində anadan olmuşdur. 1985-cı ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunu Rus dili və ədəbiyyatı müəllimi ixtisası üzrə bitirmişdir. 1985-2001-cü illərdə Yevlax rayonu Cırdaxan kənd ümumi orta məktəbdə müəllim, 2001-2004-cü illərdə isə həmin məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini, 2004-cü ildə Yevlax Şəhər Təhsil Şöbəsinin inspektoru, 2004-2007-ci illərdə Yevlax Şəhər Təhsil Şöbəsinin müdiri, 2007-2015-ci illərdə isə Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini – təhsil, səhiyyə və mədəniyyət məsələləri üzrə şöbə müdiri vəzifəsində çalışmışdır. Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının 20 oktyabr 2015-ci il tarixli, 131 nömrəli əmrinə əsasən Yevlax Şəhər Təhsil Şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir.

Təhsilin inkişafına göstərilən dövlət qayğısı yüksək səviyyədədir



Artıq dəfələrlə qeyd olunduğu kimi, ölkəmizdə təhsil sahəsinin inkişafı Azərbaycan dövlətinin prioritet olaraq müəyyənləşdirdiyi əsas istiqamətlərdən biridir. Bu gün iqtisadiyyatımızın dinamik inkişafı ölkənin təhsil sisteminin də inkişaf etdirilərək ən yüksək dünya standartları səviyyəsinə çıxarılması üçün geniş imkanlar yaratmışdır. Ölkə təhsilinin ümumi inkişafını təmin etmək üçün bu sahədə müəyyən edilmiş dövlət strategiyası hazırda bütün rayon və bölgələrimizdə də uğurla həyata keçirilməkdədir. Qeyd etmək lazımdır ki, son illər ərzində digər bölgələrdə olduğu kimi, Yevlax
rayonunda da birbaşa dövlət başçısının göstərişi ilə çox sayda məktəb binaları əsaslı təmir olunub, yeniləri tikilərək istifadəyə verilib. Həmçinin rayonun bir çox qəsəbə və kəndlərində yerləşən ibtidai məktəb binalarından bəziləri əsaslı, digərləri isə cari təmir edilib.

Ali məktəblərə Yevlax məzunları arasında qəbul göstəriciləri ildən-ilə artır



Təbii ki, istənilən orta təhsil müəssisəsi üçün əsas fəaliyyət göstəricilərindən biri də həmin məktəbi bitirmiş məzunların neçə faizinin ali məktəblərə daxil ola bilməsilə bağlıdır. Sevindirici haldır ki, məhz bu göstəricilər Yevlaxın orta məktəbləri üçün son illər yüksələn xətt üzrə irəliləyir. Qeyd edək ki, 07 sentyabr 2018-ci il tarixdə Yevlax rayon Təhsil işçilərinin ənənəvi Sentyabr konfransı keçirilib. Şəhər İcra Hakimiyyətinin iclas zalında keçirilən konfransda şəhər İcra Hakimiyyəti Başçısının müavini Elnarə Əzizova,Yevlax şəhər Təhsil şöbəsinin müdiri Zərifə Məmmədova,Təhsil Nazirliyinin nümayəndəsi,Təhsil İnistutunun direktor müavini Ənvər Abbasov, rayonun qabaqcıl təhsil işçiləri,məktəb direktorları, müəllimlər, yüksək balla ali məktəblərə qəbul olmuş abutruyentlər və onların valideyinləri iştirak ediblər. Şəhər Təhsil şöbəsinin müdiri Zərifə Məmmədova konfransı giriş sözü ilə açdıqdan sonra “2017-2018-ci dərs ilinin yekunları və qarşıda duran vəzifələr” mövzusunda geniş məruzə etdi. Konfrans məruzə ətrafında çıxışlarla davam etdirildi. Sonda rayonun ümumtəhsil məktəblərini bitirib Ali məktəblərə qəbul imtahanlarında 600-dən və 500 dən çox bal toplayan məzunları şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanları və qiymətli hədiyyələri ilə təltif edildilər.

RTŞ-nin fəaliyyəti düzgün istiqamətə yönəldilib



Heç şübhəsiz bu gün Yevlax təhsilinin inkişafından və əldə olunan uğurlardan danışarkən bu rayonun təhsil şöbəsinin effektiv fəaliyyəti də xüsusilə qeyd olunmalıdır. Rayon ictimaiyyətinin ümumi rəyinə görə, təhsil şöbəsinin müdiri Zərifə Məmmədova dövlətimizin Təhsil strategiyasının uğurla həyata keçirilməsi baxımından rəhbərlik etdiyi qurumun fəaliyyətini tamamilə düzgün istiqamətə yönəldə bilib. Qeyd edək ki, Zərifə Məmmədovanın Yevlax Şəhər Təhsil Şöbəsinin müdiri vəzifəsinə təyin olunmasından ötən üç il ərzində şöbə müdiri bu qurumun işində önəmli irəliləyişlərə nail ola bilib. Mütəmadi olaraq keçirilən toplantı və müşavirələrdə isə, rayonun təhsil müəssisələrinin ümumi fəaliyyət konsepsiyası və konkret dövrü proqramlar işlənib hazırlanır. Heç şübhəsiz, cari tədris ilində də Zərifə Məmmədovanın rəhbərliyi altında Yevlax RTŞ-nin fəaliyyətində tədrisin keyfiyyətinin yüksəldilməsi məqsədilə yenilikçi ideyaların tətbiqinə geniş yer veriləcək.

aia.az
Abbas Abbasov
Elbrus Bağırov



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024