Mobil versiya
Dubayda yanğında xəsarət alanlar arasında azərbaycanlı yoxdur
Tarix: 2-01-2016, 13:24 | Saat: 15:47:00
Bölmə:Şou-biznes / Manşet / Karusel | çapa göndər

Dubayda yanğında xəsarət alanlar arasında azərbaycanlı yoxdur
Rəsmi məlumat.

Dubaydakı “Address Downtown” mehmanxanasında baş verən yanğında xəsarət alanlar arasında azərbaycanlıların olmadığı barədə xəbər rəsmən təsdiqlənib.

Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev Oxu.Az-a açıqlamasında bildirib ki, Dubay Əmirliyinin dövlət orqanları tərəfindən Azərbaycanın bu şəhərdəki Baş Konsulluğuna verilən rəsmi məlumata görə xəsarət alanlar arasında Azərbaycan vətəndaşları yoxdur.

Qeyd edək ki, dekabrın 31-də yeni ilin gəlişinə az qalmış Dubaydakı çoxmərtəbəli “Address Downtown” mehmanxanasında yanğın baş verib.

Yanğın zamanı mehmanxanada olanların hamısı təxliyə edilib. Hadisə nəticəsində 16 nəfər yüngül xəsarət alıb, bir nəfər basabasda ürək tutmasından ölüb.

Yanğının səbəbləri hələlik məlum deyil.

Yanğın zamanı mehmanxanada yeni ili qeyd edənlər arasında Azərbaycan vətəndaşları da olub.



5627 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

19-11-2019
18-11-2019
«    Ноябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930