Mobil versiya
Dövlət Sosial Müdafiə Fondu pensiyalarla bağlı göstəriş verdi
Tarix: 15-01-2019, 11:18 | Saat: 15:47:00
Bölmə:Karusel / Ölkə | çapa göndər

Dövlət Sosial Müdafiə Fondu pensiyalarla bağlı göstəriş verdi


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda qurumun idarə, rayon (şəhər) şöbələrinin rəhbərlərinin, pensiya, sosial yardım və müavinət sektorları müdirlərinin iştirakı ilə seminar-müşavirə keçirilib.



Modern.az-ın xəbərinə görə, tədbirdə Fondun direktor müavini Cavid Abdullayev 2018-ci ildə Fond tərəfindən görülən işləri, əldə olunan nailiyyətləri qeyd edib.



O, pensiya qanunvericiliyinə edilmiş dəyişikliyə uyğun olaraq cari ilin əvvəlindən ölkəmizdə pensiya təyinatının avtomatlaşdırılmış rejimdə həyata keçirilməsinə başlandığını diqqətə çatdırıb.



Seminar-müşavirədə avtomatlaşdırılmış pensiya təyinatı, avtomatlaşdırmanın əhatə etmədiyi şəxslər üzrə Fondun yerli orqanlarının funksiyaları, tapşırıqların icrası vəziyyəti müzakirə olunub.



Fondun cari ildə qarşısında duran vəzifələrdən bəhs olunub, bu vəzifələrin icrasının təmin edilməsi ilə bağlı müvafiq göstərişlər verilib.

aia.az



5149 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

18-06-2019
14-06-2019
«    Июнь 2019    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930