Onlar Azərbaycandan deportasiya edildi - Qanunsuz dini təbliğat...
Tarix: 11-01-2019, 17:42 | Saat: 15:47:00
Bölmə:Manşet / Gündəm | çapa göndər

Onlar Azərbaycandan deportasiya edildi - Qanunsuz dini təbliğat...



Qanunsuz dini təbliğatla məşğul olan xarici vətəndaşlar Azərbaycandan deportasiya ediliblər.

Bu barədə BakuPost-a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Belə ki, Daxili İşlər Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilən birgə tədbir nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən yaşayış evində bir qrup əcnəbi vətəndaşın da iştirak etdiyi qeyri-qanuni dini fəaliyyət aşkarlanıb.

Qeyd olunan ünvanda humanitar yardım adı altında missionerlik fəaliyyəti, o cümlədən qeyri-qanuni dini təbliğatla məşğul olan xarici vətəndaşlar barəsində müəyyən edilmiş tələblərə uyğun olaraq inzibati qaydada protokol tərtib edilərək məhkəməyə göndərilib.

Məhkəmənin qərarına əsasən, həmin xarici vətəndaşlar cərimə olunublar və Azərbaycandan departasiya ediliblər


aia.az



5105 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

19-03-2019
18-03-2019
«    Март 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
{sape_links}{sape_article}