Mobil versiya
BQXK nümayəndələri azərbaycanlı girovlara baş çəkdilər
Tarix: 3-07-2015, 08:59 | Saat: 15:47:00
Bölmə:Gündəm / Manşet2 / Karusel | çapa göndər

BQXK nümayəndələri azərbaycanlı girovlara baş çəkdilər
Qarabağda.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Dağlıq Qarabağdakı nümayəndələri iyunun 24-də azərbaycanlı girovlar Şahbaz Quliyev və Dilqəm Əsgərova baş çəkiblər.

aia.az xəbər verir ki, bu barədə BQXK-nin Dağlıq Qarabağdakı missiyasının nümayəndəsi Eteri Musaelyan news.am saytına məlumat verib.

“Baş çəkmə zamanı onlara ailə xarakterli məlumat mübadiləsi imkanı təqdim olunub. BQXK mandatına uyğun olaraq, həbsdə olanlara münasibət və onların saxlanma şəraitini monitorinq etmək və həmçinin onların ailələri ilə əlaqə saxlamasını dəstəkləmək məqsədilə mütəmadi olaraq onlara baş çəkəcək”, - E. Musaelyan deyib.

Xatırladaq ki, separatçı Dağlıq Qarabağ rejiminin “məhkəməsi” ötən il dekabrın 19-da D.Əsgərovun ömürlük, Ş.Quliyevin isə 22 il müddətinə azadlıq məhrum edilməsi barədə “hökm” çıxarıb.



5528 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

22-07-2019
21-07-2019
«    Июль 2019    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031