Belarusda iki qızı qətlə yetirən şəxs GÜLLƏLƏNƏCƏK
Tarix: 10-01-2019, 10:59 | Saat: 15:47:00
Bölmə:Dünya | çapa göndər

Belarusda iki qızı qətlə yetirən şəxs GÜLLƏLƏNƏCƏK


Belarusun Moqilyovski vilayət məhkəməsi 2019-cu ildə ilk ölüm hökmü barədə qərar çıxarıb.

aia.az "Azərtac”a istinadən xəbər verir ki, ölüm hökmü iki nəfəri amansızcasına qətlə yetirən şəxs barəsindədir.

Qərara görə, ölüm hökmü çıxarılan şəxs güllələnəcək.

Qatil içkili vəziyyətdə mübahisə zəminində iki qızı qətlə yetirib. Qızlardan birinə çəkiclə 77 dəfə zərbə vuran qatil, ikincisini 16 bıçaq zərbəsi ilə öldürüb.

Qeyd edək ki, Belarus Avropada və MDB ölkələrində ölüm cəzasının tətbiq olunduğu yeganə ölkədir. Ancaq 2000-ci ildən bəri Belarus məhkəmələri tərəfindən verilən ölüm hökmləri tədricən azaldılır.



aia.az



5117 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

18-03-2019
16-03-2019
«    Март 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
{sape_links}{sape_article}