Mobil versiya
4 rəis işdən çıxarılmayıb - Nazirlik təkzib etdi
Tarix: 09-01-2019 | Saat: 14:34
Bölmə:Manşet / Gündəm | çapa göndər

4 rəis işdən çıxarılmayıb - Nazirlik təkzib etdi


Daxili İşlər Nazirliyi Bakının 4 rayonunun polis rəisinin işdən çıxarılması ilə bağlı yayılan xəbərə münasibət bildirib.

aia.az-ın məlumatına görə, DİN mətbuat xidmətinin rəisi, polkovnik Ehsan Zahidov Unikal.org-a açıqlamasında bildirib ki, Binəqədi, Xətai, Xəzər və Səbail rayon Polis idarələrinin rəislərinin işdən çıxarılması ilə bağlı yayılan xəbərlər həqiqətə uyğun deyil. Sözügedən rayonların polis rəisləri vəzifələrinin başındadırlar.

Qeyd edək ki, "Report" saytı Binəqədi rayon Polis idarəsinin rəisi, polkovnik Namiq İsmayılov, Xətai rayon Polis idarəsinin rəisi, polkovnik Muradalı Babayev, Xəzər rayon Polis idarəsinin rəisi, polkovnik Azər Muradov və Səbail rayon Polis idarəsinin rəisi, polkovnik Şəmşir Kazımovun işdən azad edilməsi ilə bağlı xəbər yaymışdı.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024