Mobil versiya
İcra hakimiyyətindən bir ailəni məhv edən partlayış haqda AÇIQLAMA
Tarix: 09-01-2019 | Saat: 12:59
Bölmə:Manşet / Cəmiyyət | çapa göndər

İcra hakimiyyətindən bir ailəni məhv edən partlayış haqda AÇIQLAMA


Yanvar ayının 9-u gecə saatlarında Yasamal rayonu, Tolstoy küçəsi 40 ünvanında birmərtəbəli 2 otaqlı, taxta konstruksiyalardan ibarət evdə yanğınla nəticələnən partlayış baş verib.



Yasamal Rayon İcra Hakimiyyətindən Modern.az-a verilən məlumata görə həmin ünvanda aparılan ilkin araşdırmalardan buradakı hadisənin ehtiyatsızlıq ucbatından baş verdiyi məlum olub:



“Çox güman ki, mənzildə qaz xətti açıq olub, bu da gecə vaxtı köhnə xətlərdən qazın sızmasına və partlayışa səbəb olub”.



İcra Hakimiyyətindən araşdırmaların davam etdirildiyi bildirilib.



Qeyd edək ki, hadisə zamanı yanğınsöndürənlər və xilasedicilər tərəfindən 1956-cı il təvəllüdlü Məmmədov Aydın Əjdər oğlu, 1962-ci il təvəllüdlü Məmmədova Xuraman Cahangir qızı və 1993-cü il təvəllüdlü Məmmədova Aygün Aydın qızının meyitləri aşkar edilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-04-2024