Mobil versiya
Hüquqşünas Mehmanın vəziyyətindən DANIŞDI: “Aclığı dayandırıb, tam qidalanır, əsas narazılığı...”
Tarix: 08-01-2019 | Saat: 15:46
Bölmə:Gündəm | çapa göndər

Hüquqşünas Mehmanın vəziyyətindən DANIŞDI: “Aclığı dayandırıb, tam qidalanır, əsas narazılığı...”


Hüquq müdafiəçiləri Əliməmməd Nuriyev, Rauf Zeyni, Səadət Bənənyarlı, Sahib Məmmədov 1 saylı istintaq təcridxanasında saxlanılan bloger Mehman Hüseynovla görüşüblər.


Hüquqşünas Əliməmməd Nuriyev Modern.az-a açıqlamasında görüş barədə ətraflı məlumat verib.


Ə.Nuriyev qeyd edib ki, Mehman Hüseynov bir müddət əvvəl aclıq aksiyası keçirsə də, hazırda tam şəkildə qidalanır:


“O artıq qida qəbul edir, bu istiqamətdə hər hansı problemi yoxdur. Biz onunla bir saat müddətində geniş şəkildə müzakirə apardıq”.


Hüquq müdafiəçisi bildirib ki, blogeri narahat edən məsələ sonradan ona açılan cinayət işilə bağlıdır:


“Biz onun kamerasında da olduq. 4 nəfərlik kamerada özündən savayı iki nəfərlə qalır. Kamera yoldaşları ilə də heç bir problemi, narazılığı yoxdur”.



Ə.Nuriyev deyib ki, müzakirə edilən bəzi məsələlər konfedensial xarakter daşıdığından cəmiyyətə açıqlanmır:

“Mehman xüsusi olaraq ona qarşı sonradan qaldırılan cinayət işini ədalətli hesab etmir. Onun bu şikayətilə bağlı müvafiq orqanlara müraciətlərimiz olacaq. Mehman işin obyektiv araşdırılmasını xahiş edir. Biz də hesab edirik ki, iş obyektiv araşdırılmalıdır. Ümid edirik ki, bütün proseslərə qanun çərçivəsində qiymət veriləcək”.



Hüquq müdafiəçisi Mehman Hüseynovun əzgin təəssürat yaradan xarici görkəmilə bağlı bunları deyib:


“Bilirsiniz, nə qədər yaxşı şərait olursa olsun, insan təcridaxanda mülki həyatdakı kimi olmur. Şəraitlə bağlı heç bir şikayəti yoxdur. Həkim də səhhətinə nəzarət edir.

Səhhətində bir problemi var, o da hələ azadlıqda olarkən yaranıbmış. Mehman azadlıqda olduğu müddətdə ayağında damar genişlənməsi olub. Sırf bununla bağlı narahatlığı var. Əvvəl ona əməlliyyat təklif edilsə də, imtina edib. Deyir ki, azadlığa çıxdıqdan sonra özü müalicəsilə məşğul olacaq”.


Qeyd edək ki, M.Hüseynov 2017-ci ilin martın 3-dən həbsdədir. O, Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 2 il müddətinə azadlıqdan məhrum edilib.


Pentensiar Xidmətin yayadığı məlumata görə, dekabrın 26-da 14 saylı cəzaçəkmə müəssisəsində plan üzrə aparılan növbəti ümumi axtarış-baxış tədbirləri zamanı məhkum Hüseynov Mehman Rafiq oğlu müəssisənin Rejim-nəzarət şöbəsinin böyük inspektoru, ədliyyə leytenantı Abdalov Əli Ələddin oğlunun qanuni tələblərinə tabe olmayaraq ona qarşı zor tətbiq edib, fiziki müqavimət göstərərək sonuncuya bədən xəsarəti yetirib, xidməti otaqda olan əşyaları dağıdaraq sındırıb. Bakı şəhəri Qaradağ Rayon Prokurorluğu tərəfindən hadisə yeri müayinə olunub və aidiyyəti üzrə araşdırma aparılır. Prokurorluqdan verilmiş məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 315.2-ci maddəsi (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmə) ilə cinayət işi açılıb.

Bu qərardan sonra isə bloger aclıq aksiyasına başlamışdı.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024