Mobil versiya
Deputatlar gələn həftə tətildən qayıdacaqlar
Tarix: 08-01-2019 | Saat: 12:48
Bölmə:Siyasət | çapa göndər

Deputatlar gələn həftə tətildən qayıdacaqlar


Milli Məclisin deputatları gələn həftə tətili başa vuracaqlar.



Modern.az-ın məlumatına görə, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, deputatlar yanvar ayının 1-dən 15-dək tətildə olurlar.

Yanvar ayının 15-dən sonra isə Milli Məclis komitələrinin iclaslarının keçirilməsinə başlanılacaq. Parlamentin yaz sessiyasının ilk plenar iclası fevralın 1-də keçiriləcək.



Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, deputatlar yanvar ayının 1-dən 15-dək tətildə olacaqlar. Azərbaycan Respublikası Konstitusiyasının 88-ci maddəsinin I hissəsinin birinci abzasına uyğun olaraq Azərbaycan Respublikasının Milli Məclisi hər il iki növbəti yaz və payız sessiyalarına yığılır. Yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir.

Əgər fevralın 1-i və sentyabrın 30-u istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024