Mobil versiya
“Şahdağ”da 30 qəpiklik suyun 5 manata satılması barədə AÇIQLAMA
Tarix: 7-01-2019, 17:30 | Saat: 15:47:00
Bölmə:Gündəm | çapa göndər

“Şahdağ”da 30 qəpiklik suyun 5 manata satılması barədə AÇIQLAMA


"Şahdağ” Turizm Kompleksində 30 qəpiklik "Sirab” suyunun 5 manata satılması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumata aydınlıq gətirilib.

Şahdağ Turizm MərkəzindənAzvision.az-a verilən məlumata görə, bu məsələ ilə bağlı onlara hər hansı müştəri tərəfindən şikayət daxil olmayıb.

"Şahdağ Turizm Mərkəzi hər zaman rəqabətli və bazar şərtlərinə uyğun qiymətlər təyin etməyə çalışır. Mərkəz ərazisində dünya standartlarında xidmət göstərən 3 ədəd 5 ulduzlu və 1 ədəd 4 ulduzlu otel var. Onlarda müxtəlif qiymətlər mövcuddur. Qiymətlər göstərilən xidmət səviyyəsinə müvafiqdir. Eyni yanaşmanı əyləncələrdə və restoranlarda da göstəririk. İstər otel daxili, istərsə də oteldən kənarda olan restoranlarda müxtəlif seqmentlərə xitab edən müxtəlif qiymətlər mövcuddur. Mərkəz ərazisində 30-a yaxın restoran mövcuddur. Onlardan bəziləri otel tərəfindən, bəziləri isə üçüncü tərəflər – tərəfdaş şirkətlər tərəfindən idarə olunur. Tərəfdaşlar təklif etdikləri qiymətləri təyin etməkdə sərbəstdirlər. Qeyd etdiyiniz məsələ ilə bağlı heç bir müştəri şikayəti qəbul etməmişik”, - deyə mərkəzdən daxil olan məlumatda qeyd edilib.


aia.az



5188 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

15-11-2019
14-11-2019
«    Ноябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930