Ağsu təhsili yeni inkişaf mərhələsində
Tarix: 7-01-2019, 16:55 | Saat: 15:47:00
Bölmə:Manşet / Təhsil | çapa göndər

Ağsu təhsili yeni inkişaf mərhələsində




Peşəkarlıq və məsuliyyət Ağsu rayon Təhsil Şöbəsinin fəaliyyətinin əsasını təşkil edən başlıca prinsiplərdir

Bu gün Azərbaycanda inkişafı dövlət tərəfindən prioritet istiqamət kimi müəyyənləşdirilimiş sahələrdən biri də ölkənin təhsil sistemidir. Əminliklə demək olar ki, məhz bu sahənin inkişafına göstərilən dövlət qayğısı, qarşıya qoyulan məqsədlərə çatmaq üçün ayrılan maliyyə vəsaitlərinin həcmi, xüsusilə son bir neçə ildə həyata keçirilən irimiqyaslı layihələrin səmərəlilik dərəcəsi və digər bu kimi göstəricilər üzrə Azərbaycan artıq bu gün hətta bəzi inkişaf etmiş ölkələri belə qabaqlayır. Qeyd olunmalıdır ki, təhsil sahəsində kifayət qədər yüksək göstəricilərin əldə olunduğu, dinamik inkişafın müşahidə edildiyi rayonlarımızdan biri də Ağsu rayonudur.



Əvvəllər şəhər tipli qəsəbə olan Ağsu 1967-ci ildə şəhər statusu almışdır. 1943-cü ilin yanvar ayından Ağsu Rayon Xalq Maarif Şöbəsi fəaliyyətə başlamışdır. 1989-cu ilin yanvar ayından adı dəyişdirilərək Rayon Xalq Təhsil Şöbəsi,1993-cü ilin oktyabrından isə Rayon Təhsil Şöbəsi adlandırılmışdır. Hazırda Ağsu rayon Təhsil Şöbəsinin tabeliyində 69 ümumtəhsil məktəbi, o cümlədən 35 tam orta, 16 ümumi orta, 18 ibtidai məktəb, 4 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir.

Ağsu RTŞ-nin müdiri Səftər Əlabbasovdur.

Qısa arayış:



Səftər İxtiyar oğlu Əlabbasov 1976-cı ildə Ağsu rayonunun Daşdəmirbəyli kəndində anadan olub. Azərbaycan Beynəlxalq Universitetinin riyaziyyat və informatika fakultəsini bitirib. 2005-2013-cü illərdə Ağsu rayonu Daşdəmirbəyli kəndində ixtisası üzrə müəllim və direktor müavini işləyib. 2013-2016-ci illərdə Ağsu rayonu Təhsil Şöbəsində metodist vəzifəsində çalışıb. 2016-2017-ci illərdə Ağsu rayonu Təhsil Şöbəsinin müdir müavini vəzifəsində işləyib. Ağsu rayon İcra Hakimiyyəti başçısının 28 iyul 2017-ci il tarixli, 125 nömrəli sərəncamı ilə Ağsu rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Dövlət qayğısı təhsilin inkişafını təmin edən əsas amildir



Bu gün milli təhsilə dövlət qayğısının nəticəsidir ki, son illərdə təhsil sektorunun maliyyələşdirilməsi dinamik xətt üzrə inkişaf etmiş, təhsilə ayrılan büdcə vəsaiti xeyli dərəcədə artmışdır. İnkişaf proqramının reallaşdırılması nəticəsində, yeni məktəblər tikilir, mövcud məktəblər müasir avadanlıqlarla təchiz edilir, komputerləşdirilir. O cümlədən, hazırda Ağsu rayonunda təhsil sahəsinin daha da inkişaf etdirilməsi məqsədilə irimiqyaslı dövlət tədbirləri həyata keçirilir. Bu barədə Ağsu Rayon Təhsil Şöbəsinin müdiri Səftər Əlabbasov 11 sentyabr 2018-ci il tarixdə keçirilmiş Ağsu rayon müəllimlərinin ənənəvi sentyabr konfransında “2017-2018-ci illərin yekunları və yeni tədris ilində qarşıda duran vəzifələr” mövzusunda etdiyi çıxışında bəhs etmişdir. Öz çıxışında məruzəçi Ağsu təhsilinin son illər yüksək nailiyyətlər əldə etdiyini da vurğulamışdır. Qeyd etmək lazımdır ki, ötən il respublikamızın bütün bölgələrində olduğu kimi, Ağsuda da yeni məktəb binaları tikilib, təhsil müəssisələrinin bir qismi əsaslı təmir edilib, onların maddi-texniki bazası mökəmləndirilib. Belə ki, 80 yerlik Göydəlləkli ümumi orta və 40 yerlik Hacıman kənd ibtidai məktəbləri üçün yeni, hər cür şəraiti olan modul tipli binalar inşa olunub. Padar, Cəfərli kənd ümumi orta və Suraxanı kənd ibtidai məktəb binaları əsaslı, daha üç kənd məktəb binası isə cari təmir edilib.

Ali məktəblərə qəbul olan məzunların sayı artır



Təbii ki, dövlət tərəfindən göstərilən bu diqqət və qayğının müqabilində Ağsu rayonunun həm pedaqoji, həm də şagird kollektivləri öz növbələrində yüksək göstəricilərə nail olmaq üçün bütün potensiallarını səfərbər etmişlər. Bir tərəfdən reallaşdırılan dövlət proqramlarının uğurlu icrası, digər tərəfdən də yerli peşəkar pedaqoji kadrların ciddi səyləri nəticəsində ötən tədris ilində Ağsu təhsili nəzərə çarpacaq inkişafa nail olmuşdur. O cümlədən, rayonun məktəblərindən ali təhsil müəssisələrinə qəbul olanların sayında da aşkar artım müşahidə olunmaqdadır. Belə ki, əgər 2017-ci ildə bu göstərici 115 nəfər olmuşdusa, artıq 2018-ci ildə həmin göstərici 135 nəfərə çatmışdır. Təkcə Ağsu şəhər 1 nömrəli məktəb-liseyin 23 məzunu bu il tələbə adını qazanıb. Qəbul olunanlardan 15 nəfər 500-dən, 4 nəfər isə 600-dən çox bal toplayıb.



Heç şübhəsiz bu gün Ağsu təhsilinin inkişafından və əldə olunan uğurlardan danışarkən Rayon təhsil şöbəsinin effektiv fəaliyyəti də xüsusilə qeyd olunmalıdır. Rayon ictimaiyyətinin ümumi rəyinə görə, təhsil şöbəsinin müdiri Səftər Əlabbasov dövlətimizin Təhsil strategiyasının uğurla həyata keçirilməsi baxımından rəhbərlik etdiyi qurumun fəaliyyətini tamamilə düzgün formada təşkil edib. Əminliklə demək olar ki, bu tədris ilində də Ağsu RTŞ-nin fəaliyyətində məktəb idarəetməsi, müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması, ümumilikdə tədrisin keyfiyyətinin yüksəldilməsi və əlbəttə ki, gənclərimizin milli-vətənpərvər ruhda yetişdirilməsi kimi məsələlər əsas prioritet istiqamətlərdən olacaq.

aia.az
Abbas Abbasov
Elbrus Bağırov



5356 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

18-03-2019
16-03-2019
«    Март 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
{sape_links}{sape_article}