Mobil versiya
Ölkəni işıqsız qoyan enerji blokundan XƏBƏR VAR
Tarix: 07-01-2019 | Saat: 13:01
Bölmə:Manşet / Gündəm | çapa göndər

Ölkəni işıqsız qoyan enerji blokundan XƏBƏR VAR


"Ölkə enerjisistemində yaranmış kritik vəziyyətin aradan qaldırılması məqsədi ilə hazırlanmış reabilitasiya üzrə Tədbirlər Planı”na uyğun olaraq "Azərenerji” ASC tərəfindən həyata keçirilən işlər davam etməkdədir. 2018-2020 illəri əhatə edən reabilitasiya proqramının tərkib hissəsi olaraq müəyyən işlər hissə-hissə görülüb və görülməkdədir.

ASC-dən BakuPost-a verilən məlumata görə, Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan, Mingəçevirdə yerləşən 8 enerji blokundan ibarət "Azərbaycan” İES-in yenidənqurulması çərçivəsində istismar müddətini başa vuran avadanlıq və aqreqatlar yeniləri ilə əvəz edilir, stansiya və yarımstansiyalar tikilərək tamamilə yenidən qurulur.


Artıq "Azərbaycan” İES-in 6-cı enerji bloku və 500 kVt-luq yarımstansiyanın yenidənqurulması prosesi yekunlaşmaq mərhələsinə keçib. 2018-ci ilin son aylarında 145 gün müddətinə əsaslı təmir edilməli olan 6-cı enerji bloku və 500 kVt-luq yarımstansiyada avadanlıqların yenilməsi işi 80 gün ərzində başa çatdırlıb. Bununla da 6-cı enerji bloku tam gücü ilə işə qoşulub və ehtiyat güc mənbəyi yaradılıb. Eyni zamanda hidrogen istehsal edən eloktroliz, oksigen qurğuları təzələnib. 2019-cu ildə "Azərbaycan” İES-dəki digər 7 enerji blokunun tamamilə yenidənqurulması həyata keçiriləcək.

Paralel olaraq bu yaxınlara qədər faktiki qoyuluş gücü ilə işləməyən Şəmkir Su Elektrik Stansiyasına yeni ehtiyat hissələr alınaraq gətirilib, 2 nömrəli hidro aqreqatda 26 noyabr - 27 dekabr tarixləri müddətində təmir-bərpa işləri aparılıb. Nəticədə aqreqatın gücü 2 dəfə artırılıb. 80 MVt məhdudiyyət aradan qaldırılıb ki, bu təxminən bir neçə rayonun tələbatına bərabərdir. Ümumilikdə isə Şəmkir SES üçün nəzərdə tutulan yenidənqurma işləri davam edir.

Qeyd edək ki, 2018-ci ilin iyul ayının 3-də Mingəçevir şəhərində fəaliyyət göstərən ölkənin ən böyük elektrik stansiyası olan Azərbaycan İES 1-ci və 6-cı enerji blokunda partlayış baş vermişdi. Bu səbəbdən ölkənin əksər rayonlarında elektrik enerjisinin verilişi dayandırılmışdı.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024