Mobil versiya
Prezident ötən il 23 rayon və şəhərə 26 səfər edib
Tarix: 05-01-2019 | Saat: 11:33
Bölmə:Manşet / Gündəm | çapa göndər

Prezident ötən il 23 rayon və şəhərə 26 səfər edib


Ötən il dövlət başçısı Qusar (30 yanvar), Mingəçevir (27 fevral), Bərdə (25 mart), Xaçmaz (4 may), Xızı (4 may,11 oktyabr), Naxçıvan Muxtar Respublikası (16 may), Goranboy və Naftalan (5 iyun), Sumqayıt (18 iyul, 16 noyabr, 27 dekabr), Şamaxı, İsmayıllı (25 avqust), Biləsuvar, Masallı (18 sentyabr), Quba (11 oktyabr), Lənkəran, Astara, Lerik (15 oktyabr), İmişli (22 oktyabr), Qax, Şəki (28-29 oktyabr), Ağdam, Ağcabədi (5 noyabr) və Abşerona (24 dekabr), ümumilikdə 23 rayon və şəhərə 26 dəfə səfər edib, 94 yeni sosial-iqtisadi infrastrukturun açılışını edib.

aia.az xəbər verir ki, bu barədə "Azərbaycan" qəzetində yer alan məqalədə qeyd olunub. Bildirilib ki, ötən il Prezidentin iştirakı ilə Masallı Sənaye Məhəlləsi, Mingəçevir Sənaye Parkında "Mingəçevir Tekstil” MMC-nin iplik istehsalı üzrə iki müəssisəsi, Şamaxıda "Şirvan şərabları” MMC-nin şərab zavodu, Sumqayıt Kimya Sənaye Parkında "SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən polipropilen zavodu, həmçinin İnşaat Kimyəviləri Zavodu, "Baku Non Ferrous and Foundry Company” MMC-nin əlvan metallar və ferroərintilər zavodu və "Tabaterra” QSC-nin tütün məmulatları istehsalı fabriki, "Qubaekoaqrar” MMC-nin kənd təsərrüfatı mallarının istehsalı zavodunun və "Azərxalça” ASC-nin Ağdam, Xaçmaz, İsmayıllı, Lənkəran filiallarının açılış mərasimləri keçirilib.

Prezident, həmçinin keçən il Mingəçevir, İmişli və Şəkidə "ASAN Həyat” komplekslərinin açılışlarını edib. Həmçinin "ABAD” publik hüquqi şəxsin Qubadakı "ABAD Factory” İstehsalat Kompleksinin, Şəkidəki "ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzinin açılış mərasimlərində olub.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə