Neft Fondunun xaricdə bu əmlakları var - SİYAHI
Tarix: 5-01-2019, 11:22 | Saat: 15:47:00
Bölmə:İqtisadiyyat | çapa göndər

Neft Fondunun xaricdə bu əmlakları var - SİYAHI



Neft Fondunun xaricdə malik olduğu daşınmaz əmlakların siyahısı açıqlanıb.

BakuPost-un məlumatına görə, Neft Fondunun daşınmaz əmlak komplekslərinə investisiyaların ümumi miqdarı 2 055,8 milyon dollar təşkil edib.
Fond London şəhərinin West End səmtində, Seynt Ceyms 78 ünvanında yerləşən dəyəri 190 milyon funt sterlinq təşkil edən ofis kompleksinə, Moskva şəhərinin biznes mərkəzi "Tverskaya 16” ünvanında yerləşən və dəyəri 3 396 milyon Rusiya rublu təşkil edən "Qalereya Aktyor”ofis-ticarət mərkəzinə, Paris şəhərinin Vendom meydanı 8 ünvanında yerləşən, dəyəri 180,5 milyon avro təşkil edən daşınmaz əmlak kompleksinə, Seul şəhərinin 203 Eurojiro2-ga, Jung-gu ünvanında yerləşən, dəyəri 499,4 milyard Cənubi Korea vonu olan "Payn Avenyu A qülləsi” daşınmaz əmlak kompleksinə, Tokio şəhərində yerləşən və dəyəri 57,4 milyard yapon yeni təşkil edən ticarət mərkəzinə, habelə Milan şəhərinin Via Meravigli 7 ünvanında yerləşən, dəyəri 99,6 milyon avro təşkil edən "Palazzo Turati” ofis binasına investisiya edib.

Bundan əlavə, daşınmaz əmlak portfelinə "PGIM Real Estate”, "AXA Investment Management”, "PAG Real Estate”, "E-Shang Redwood”, "Gaw Capital”, "Blackstone”, "BlackRock”, "Walton Street”, "Ares”, "GreenOak”, "Starwood” və "Angelo, Gordon & CO” tərəfindən idarə olunan fond investisiyaları; "PGIM Real Estate”, "Gaw Capital”, "BlackRock”, "Walton Street”, "KIC” və "AroundTown” ilə birlikdə müştərək investisiyalar daxildir.

aia.az



586 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

18-03-2019
16-03-2019
«    Март 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
{sape_links}{sape_article}