Mobil versiya
Türkiyə, Əfqanıstan və Pakistan liderləri İstanbula toplanır
Tarix: 05-01-2019 | Saat: 11:13
Bölmə:Siyasət | çapa göndər

Türkiyə, Əfqanıstan və Pakistan liderləri İstanbula toplanır


Türkiyə, Əfqanıstan və Pakistan liderləri İstanbulda bir araya gələcək. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Pakistanın Baş naziri İmran Xan ilə birgə keçirdiyi mətbuat konfransı zamanı məlumat verib.

Rəcəb Tayyib Ərdoğan bildirib ki, liderlər arasında növbəti zirvə görüşü martın 31-də Türkiyədə keçiriləcək bələdiyyə seçkilərindən sonra İstanbulda baş tutacaq.



Danışıqlar zamanı iki ölkə arasındakı əlaqələrin bütün sahələrinə dair müzakirələrin aparıldığını qeyd edən dövlət başçısı Türkiyə ilə Pakistanın dostluq münasibətlərinin tarixi köklərə malik qardaş ölkələr olduğunu, Türkiyənin dünən olduğu kimi, bu gün də, sabah də Pakistanın yanında olmağa davam edəcəyini vurğulayıb.



Pakistan Ali Məhkəməsinin FETÖ terror təşkilatına qarşı verdiyi qərardan məmnun qaldıqlarını diqqətə çatdıran R.T.Ərdoğan ikitərəfli görüşdə təhsil və hərbi texniki əlaqələrin, habelə regional və beynəlxalq məsələlərin, o cümlədən Suriyadakı hadisələr ətrafında fikir mübadiləsinin aparıldığını qeyd edib. Həmçinin Türkiyə ilə Pakistanın İqtisadi Əməkdaşlıq Təşkilatı və D-8 çərçivəsində də yaxından əməkdaşlıq etdiklərini bildirib.



Pakistanın hökumət başçısı da budəfəki səfərə əlaqələri indiyədək misli görünməmiş səviyyəyə çatdırmaq üçün iqtisadi heyətlə gəldiklərini, sərmayə yatırımlarını daha da artırmağı qarşıya məqsəd qoyduqlarını, bununla yanaşı, xarici əlaqələr və terrorla mübarizə sahəsində mümkün əməkdaşlıq yollarını müzakirə etdiklərini qeyd edib. Pakistan tərəfinin Türkiyədə aparılan təhsil və səhiyyə islahatlarına da böyük maraq göstərdiyi diqqətə çatdırılıb.



aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024