Mobil versiya
İŞİD-in "Qızılı Çeçeni" tutuldu
Tarix: 29-12-2015 | Saat: 11:50
Bölmə:Gündəm / Cəmiyyət / Aia TV / Karusel | çapa göndər

İŞİD-in "Qızılı Çeçeni" tutuldu
İŞİD-in liderlərindən olan Əbu Ömər Əl-Şişani haqqında yeni bir məlumatlar yayıldı
ABŞ əsgərləri "Qızılı Çeçen" kimi tanınan Əbu Ömər Əl-Şişanini Şimali İraqın Kərkük şəhərində ələ keçirib. Şişaninin daha əvvəl də öldüyü haqqında xəbərlər yayılmışdı. Amma hələ də məlumat Pentaqon tərəfindən təsdiqini tapmayıb.

Aia.az-in məlumatına görə, Çeçenistan prezidenti Ramzan Kadırov 13 noyabr tarixində paylaşdığı cəsəd fotoşəkilləri ilə Rusiyanı hədələyən İŞİD komandiri Əbu Ömər Əl-Şişaninin - Tarkan Bataraşvilinin öldürülməsi barədə məlumat yaymışdı. Bir müddətdən sonra xəbər yalan olduğu məlum olmuşdu.


Əbu Ömər Əl-Şişanin

Şişani, 2014-cü ildə yayılan videoda Rusiyanı təhdid etmişdi. 1986-ci ildə Gürcüstanın şimalında dünyaya gələn Şişaninin atasının gürcüstanlı bir xristian, anasının isə Çeçen mənşəli müsəlman olduğu bildirilir.

Şişani 2006-cı ildə Gürcüstan ordusuna qoşulub və ABŞ hərbi qüvvələrinin təlimlərində iştirak edib. 2008-ci ildə Qafqaz müharibəsində iştirak edən Şişani, 2010-ci ildə vərəm diaqnozu ilə ordudan ayrılıb. Silah ticarətiylə məşğul olarkən həbs olunan Şişani, həbsxanada radikal qruplarla təmas qurub. 2012-ci ildə azadlığa buraxılan Şişani, 2013-ci ildə Gürcüstandan ayrılaraq İŞİD komandiri olaraq fəaliyyətə başlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024