Mobil versiya
DİN Keşlədə baş verən güllələnmə ilə bağlı məlumat yayıb
Tarix: 29-12-2018 | Saat: 15:17
Bölmə:Cəmiyyət | çapa göndər

DİN Keşlədə baş verən güllələnmə ilə bağlı məlumat yayıb


Daxili İşlər Nazirliyi Keşlədə baş verən güllələnmə ilə bağlı məlumat yayıb.

Nazirlikdən aia.az-a verilən məlumata görə, dekabrın 27-də saat 23 radələrində paytaxtın Nizami rayonu ərazisində Bakı şəhər sakini Zaur İsmayılov odlu silahdan açdığı atəşlə "Hyundai” markalı avtomobili idarə edən Tural Babayevə və sərnişini Asif Bağırova xəsarət yetirib hadisə yerini tərk edib. Nəticədə xəstəxanaya yerləşdirilmiş T.Babayev ölüb, A.Bağırovun isə vəziyyəti orta-ağırdır.

Hadisəni törətmiş Z.İsmayılov könüllü olaraq Nizami RPİ-yə gəlib və cinayəti törədərkən istifadə etdiyi "AK” markalı silahın yaşadığı Keşlə qəsəbəsindəki evdə olmasını bildirib.
Z.İsmayılov tutulub, silahı evdən götürülüb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024