Mobil versiya
"Biz bu qatarla Kəlbəcərə, Xankəndinə gedəcəyik" - Cavid Qurbanov
Tarix: 29-12-2018 | Saat: 13:31
Bölmə:Manşet / Gündəm | çapa göndər

"Biz bu qatarla Kəlbəcərə, Xankəndinə gedəcəyik" - Cavid Qurbanov



Biz işimizi vicdanla yerinə yetirməyə çalışdıq. Azvision.az xəbər verir ki, bunu "Azərbaycan Dəmiryolları"QSC-nin sədri Cavid Qurbanov Bakı-Gəncə marşrutu üzrə sürət qatarının hərəkətə başlaması münasibətilə keçirilən tədbirdə bildirib.
C.Qurbanov sürət qatarının ilk olaraq Gəncəyə gəlməsini böyük hadisə adlandırıb: "Biz bununla kifayətlənməyəcəyik. Bu qatarla Türkiyəyə qədər gədəcəyik".

Sədr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbirə toplaşanları təbrik edib: "Arzu edirəm ki, biz bu qatarla cənab prezidenrtn başçılığı ilə Murovdan keçib Kəlbəcərə, Xankəndinə gedəcəyik. Biz düşmana Azərbaycanın nəyə qadir olduğunu göstərəcəyik".

Tədbirdə həmçinin, Gəncə hadisələrində şəhid olan polis polkovniki İlqar Balakişiyevin oğlu İlham Balakişiyev də çıxış edib. Azərbaycan Dəmir Yollarının əməkdaşı olan İ.Balakişiyev bugünkü hadisənin nəqliyyat tarixində böyük əhəmiyyətə malik olduğunu bildirib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024