Mobil versiya
Bakı-Gəncə sürət qatarı işə salındı
Tarix: 29-12-2018 | Saat: 10:00
Bölmə:Karusel / Gündəm | çapa göndər

Bakı-Gəncə sürət qatarı işə salındı


Bu gün Bakı-Gəncə marşrutu üzrə sürət qatarı işə salınıb.

Adalet.az xəbər verir ki, qatarın ilk sərnişinləri arasında media nümayəndələri, millət vəkilləri və incəsənət xadimləri də var.

Qeyd edək ki, Bakı-Gəncə-Bakı sürət qatarı hər ayın cüt tarixlərində Bakıdan, tək tarixlərində isə Gəncə şəhərindən saat 09:00-da yola düşəcək. Qatarın yolda olma müddəti 4 saat 28 dəqiqə təşkil edir.

Qatarın Biləcəri, Yevlax və Goran stansiyalarında dayanacaqları mövcuddur. 4 vaqondan ibarət qatarda Birinci class (9 yer), Biznes (62 yer) və Standart (296 yer) olmaqla, cəmi 367 oturacaq yer var. Gediş biletləri dəmiryol kassalarında və internet saytında onlayn satılır.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024