Mobil versiya
Dollar kreditləri ilə bağlı – YENİ MƏLUMAT
Tarix: 28-12-2015 | Saat: 16:56
Bölmə:Gündəm / İqtisadiyyat / Aia TV / Karusel | çapa göndər


“Belə bir ideya var”.

Azərbaycanda dollarla götürülmüş kreditlər üzrə məzənnə fərqinin örtülməsi yalnız 5-10 min dollar məbləğində olan kreditlərə şamil edilə bilər.

Aia.az xəbər verir ki, bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bank sahəsindəki mənbədən məlumat verilib.

“Belə bir ideya var ki, Azərbaycan Mərkəzi Bankı (AMB) manatın devalvasiyası nətcəsində dollar kreditləri üzrə yaranmış məzənnə fərqini kompensasiya edəcək. Bu güzəştin 5-10 min dollaradək olan kreditləri əhatə etməsi təklif olunur. Lakin son olaraq hansı qərarın veriləcəyini söyləmək çətindir”,- deyə mənbə bildirib.

O söyləyib ki, bu məsələ ötən cümə günü AMB-nin banklar birliyinin nümayəndələri ilə görüşü zamanı müzakirə olunub.

Mənbə bildirib ki, banklar birliyinin hesablamalarına görə, bu təklif qəbul edilərsə, AMB 500 mln. manatadək maliyyə dəstəyi verə bilər.

“Effekt böyük deyil - 400-500 mln. manata yaxındır. Lakin bu, cəmiyyətdəki gərginliyi azaltmağa kömək edəcək”, - deyə o qeyd edib.

Xatırladaq ki, Azərbaycan Banklar Assosiasiyasının rəhbəri Zakir Nuriyev bazar günü ATV telekanalına müsahibəsində bildirib ki, banklar birliyi bu məsələdə AMB-nin dəstəyinə ümid edir.

“AMB dəstək göstərərsə, banklar dollar kreditləri üzrə ödənişləri əvvəlki məzənnə (dekabrın 21-nə qədər olan məzənnə) ilə qəbul etməyə hazırdır və borcluların öz kreditlərini tezliklə ödəmələrində maraqlıdırlar”, - deyə Z. Nuriyev bildirib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024